Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu

04 avqust 2021 | 16:00

Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsində Vətən müharibəsində iştirak etmiş şəhər gənclərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup şəhər sakininə ”Füzulinən azad olunmasına görə” medalı təqdim olundu.
      Təqdimat mərasimində Mingəçevir şəhər İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev, şöbənin böyük məsləhətçisi Seymur Hidayətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin əməkdaşı Famil Novruzov, şəhərdə  fəaliyyət göstərən İctimai Birliklərin sədrləri, şəhid ailələri və qazilər iştirak etmişlər.
      Şəhər üzrə Vətən müharibəsində iştirak edən 31 nəfərə bu medal təqdim olundu. Medalların təqdim olunması mütəmadi olaraq davam edəcəkdir. Təbrik edirik.

Keçidlər