Mingəçevirdə növbəti dezinfeksiya işləri həyata keçirilib.
Son zamanlar ölkə əhalisi arasında COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı, xəstələrin sağalma dinamikası, peyvəndləmə kampaniyasının kütləviliyi, ümumilikdə sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Bununla əlaqədar Mingəçevir şəhərində geniş dezinfeksiya tədbirləri həyata keçirilib. Bu gün də bu işlər davamlı olaraq həyata keçirilir. Belə ki, Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar işçiləri tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılıb.
Şəhər ərazisində sanitar-epidemioloji vəziyyət Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah tərəfindən ciddi nəzarət altında saxlanılır, mütəmadi təxirəsalınmaz profilaktik tədbirlər görülür.
İnfeksiyanın şəhər ərazisində yayılmasının qarşının alınması məqsədilə şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında, idarə və müəssisələrdə mütamadi davamlı olaraq dezinfeksiya işləri görülür.
Onu da qeyd edək ki,Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış monitorinq qrupları əhalinin sıx toplaşdığı məkanlarda insanlarla maarifləndirici söhbətləri gündəlik olaraq davam etdirirlər.
Şəhər sakinləri və ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər zamanı vətəndaşlara tibbi maskadan, gigiyenik vasitələrdən istifadə etmək və ara məsafəsi saxlamağın vacibliyi birdaha qeyd olunmuşdur.
Şəhər sakinləri görülən bu işləri yüksək qiymətləndirirlər. Milli Qəhrəman Rəşad Mirabovun atası Akif Mirabov deyir ki, şəhərimizdə ağcaqanad, milçək, yoluxucu xəstəliklər yayan müxtəlif həşəratlar ciddi narahatlıq doğurardı. İndi belə bir problemimiz yoxdur. Küçələrdə, yaşayış məhəllələrində, liftlərdə, avtobuslarda aparılan dezinfeksiya işlərinin səmərəsi böyükdür deyir.