Şriftin ölçüsü :

Saytın rəngi :

COVİD-19 vaksinasiyası. Suallar və cavablar

05 avqust 2021 | 16:00

Hər il vaksinlər 2-3 milyon nəfərin həyatını xilas edir. COVID-19 xəstəliyinə qarşı təhlükəsiz və səmərəli vaksinlərin işlənib hazırlanması pandemiyaya son qoymaq və yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmağa qayıtmaq üçün qlobal səylərimizdə irəliyə doğru böyük bir addımdır.
COVID-19 xəstəliyinə qarşı vaksinlər necə işləyirlər?
Vaksinlər müvafiq infeksiya agentini - xəstəliyə səbəb ola biləcək virusları, bakteriyaları və ya digər mikroorqanizmləri imitasiya edərək işləyirlər. Bu, immunitet sistemimizə ona qarşı sürətli və təsirli şəkildə cavab verməyi “öyrədir”.

     COVID-19 xəstəliyinə qarşı vaksinlər təhlükəsizdir?
    Bəli, COVID-19 xəstəliyinə qarşı vaksinlərin mümkün qədər sürətlə işlənib hazırlanmasına baxmayaraq, onlar beynəlxalq səviyyədə razılaşdırılmış meyarlara cavab verdiyini sübut etmək üçün təhlükəsizlik və səmərəlilik üzrə ciddi klinik sınaqlardan keçməlidirlər. Yalnız bu standartlara cavab verdiyi təqdirdə, vaksin ÜST-nin və milli tənzimləyici qurumların təsdiqini ala bilər.

     Necə oldu ki, COVID-19 xəstəliyinə qarşı vaksinlər bu qədər sürətlə işlənib hazırlandı?
Tədqiqat və hazırlama sahəsinə misli görülməmiş sərmayə yatırımı və qlobal əməkdaşlıq sayəsində alimlər COVID-19 xəstəliyinə qarşı təhlükəsiz və səmərəli vaksinləri rekord müddətdə hazırlamağa müvəffəq oldurlar. Bütün standart təhlükəsizlik prosedurlarına və ciddi tənzimləmə normalarına riayət olunub.
      Hal-hazırda dünyanın bir çox ölkəsində COVID-19 xəstəliyinə qarşı istifadə olunan vaksinlərə əlavə olaraq, hazırlanma prosesinin müxtəlif mərhələlərində olan 200-dən çox namizəd vaksinin olduğunu qeyd etmək çox ürəkaçan bir haldır. Bunlardan bir neçəsi vaksinin təsdiqlənməsindən əvvəl son addım kimi nəzərdə tutulan Mərhələ III klinik sınaqlarındadır.
Mənim üçün COVID-19 xəstəliyinə qarşı ən yaxşı vaksin hansıdır?
      ÜST-nin təsdiq etdiyi bütün vaksinlərin sizi ağır COVID-19 xəstəliyindən qorumaqda yüksək dərəcədə səmərəli olması sübuta yetirilib. Sizin üçün ən yaxşısı hazır və əlçatan olan vaksindir!
COVID-19 xəstəliyinə qarşı vaksinlər bu xəstəliyin yeni variantlarına qarşı işləyəcəkmi?
     ÜST, bu günə qədər təsdiqlənmiş vaksinlərin COVID-19 xəstəliyinin yeni variantlarına qarşı ən azı müəyyən müdafiəni təmin edəcəyini bəyan edib.
Bu vaksinlərdən hər hansı birinin COVID-19 xəstəliyinin variantlarından birinə və ya bir neçəsinə qarşı az səmərəli olması sübuta yetirilsə, həmin vaksinlərin tərkibinin müvafiq variantlardan qorunmaq üçün dəyişdirilməsi mümkün olacaq. Gələcəkdə vaksinasiya proseslərində vaksinlərdən təkrar, gücləndirici istifadə və digər dəyişikliklər kimi yeniliklər tələb oluna bilər.
      Hal-hazırda isə etməli olduğunuz vacib iş vaksinasiya olunmaqdır və virusun yayılmasını azaltmaq üçün zəruri tədbirləri, o cümlədən fiziki məsafəni saxlamağı, maskadan istifadəni, qapalı məkanların yaxşı havalandırılmasını, müntəzəm olaraq əllərinizi yumağı və simptomlar müşahidə olunduqda, tez bir vaxtda tibbi yardım üçün müraciət etmə təcrübəsini davam etdirməkdir.
Hansı hallarda siz COVID-19 xəstəliyinə qarşı vaksini vurdurmamalısınız?
     Sizdə COVID-19 xəstəliyinə qarşı vaksini vurdurub-vudurmamaq barədə hər hansı sual yarandıqda, öz həkiminizə müraciət edin. Hal-hazırda aşağıdakı xəstəlikləri olan insanlar mümkün mənfi təsirlərdən qorunmaq üçün COVID-19 xəstəliyinə qarşı vaksini vurdurmamalıdırlar:
• Əgər onların COVID-19 xəstəliyinə qarşı vaksinin tərkibindəki hər hansı bir maddəyə kəskin allergik reaksiyaları vardırsa.
• Əgər onlar hal-hazırda xəstədirsə və ya COVID-19 xəstəliyinin simptomlarını yaşayırlarsa (baxmayaraq ki, onlar sağaldıqdan və həkimin razılığını əldə etdikdən sonra vaksinasiya oluna bilərlər).
Mən nə vaxtsa COVID-19 xəstəliyinə artıq yoluxduğum halda, vaksinasiya olunmalıyammı?
     Bəli, hətta əgər siz əvvəllər COVID-19 xəstəliyinə yoluxmusunuzsa, vaksinasiya olunmalısınız. COVID-19 xəstəliyindən sağalmış insanlarda virusa qarşı müəyyən təbii imunnitet əmələ gəlsə də, biz bu immunitetin hansı müddət ərzində davam edəcəyini və ya sizi nə dərəcədə səmərəli qoruyacağını bilmirik. Vaksinlər daha səmərəli müdafiəni təmin edirlər.
Pandemiya dövründə təhlükəsiz şəkildə ana südü ilə qidalandırma barədə əlavə məlumat əldə edin.
      Mən hamilə olduğum halda, COVID-19 xəstəliyinə qarşı vaksin vurdurmalıyammı?
COVID-19 xəstəliyinə ağır şəkildə yoluxma riski elə yüksək olmasa da, hamilə olmayan qadınlarla müqayisədə siz hamiləlik səbəbindən daha yüksək yoluxma riskinə məruz qalırsınız.
COVID-19 xəstəliyi əleyhinə vaksinasiyanın hamilə qadınlar üçün təhlükəsini və təsirini başa düşmək məqsədi ilə araşdırmalar hələ də davam edir, lakin hamilə qadınlar üçün vaksinasiyanın faydasından üstün olan səbəb məlum deyil. Bununla belə, COVID-19 xəstəliyinə yoluxma riski daha yüksək olan qadınlar, məsələn tibb işçiləri və ya xəstəliyin ağır keçməsi riskini artıran sağlamlıq problemləri olan hamilə qadınlar öz həkimləri ilə məsləhətləşmələrdən sonra vaksinasiya oluna bilərlər.
COVID-19 vaksinləri nəsilartırma qabiliyyətinə təsir edə bilərmi?

       Xeyr, sosial mediada yalan iddialar görmüş ola bilərsiniz, ancaq COVID-19 vaksinləri də daxil olmaqla hər hansı bir vaksinin qadınlarda və ya kişilərdə nəsilartırma qabiliyyətinə təsir edə biləcəyinə dair heç bir dəlil yoxdur.
Mənim uşağıma COVID-19 xəstəliyinə qarşı vaksin vurulmalıdırmı?
      Uşaqların immunitet sistemi böyüklərin immunitet sistemindən fərqlənir və onların yaşından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Hal-hazırda ÜST-nin təsdiq etdiyi COVID-19 xəstəliyinə qarşı vaksinlər (vaksinin növündən asılı olaraq) yaşı 16-18-dən aşağı olan heç kimə tövsiyə edilmir, hətta əgər həmin şəxs yüksək risk qrupuna aid edilirsə. COVID-19 xəstəliyinə qarşı vaksinlərin ilkin sınağı uşaqları əhatə etmədiyindən, hal-hazırda vaksinlərin yaşı 16-dan aşağı olan uşaqlar üçün təhlükəsi və ya səmərəliliyi barədə məlumatlar məhduddur və ya ümumiyyətlə yoxdur. Bununla bağlı əlavə tədqiqatın aparılması tələb olunduğundan biz müvafiq sınaqlar keçirildikdə və ətraflı məlumatlar mövcud olduqda, müvafiq tövsiyələri yeniləyəcəyik.
      Bununla belə, uşağınızın peyvən təqviminə uyğun vaksinasiyasının davam etdirilməsini təmin etmək vacibdir.
 COVAX nədir?
 COVAX, COVID-19 xəstəliyinə qarşı vaksinlərin işlənib hazırlanması və istehsalını sürətləndirməyə, habelə onların dünya üzrə ədalətli və bərabərhüquqlu istifadəsini təmin etməyə yönəldilmiş qlobal səylərin bir hissəsidir. Bütün ölkələrin COVID-19 xəstəliyindən qorunması təmin edilməyənə qədər heç bir ölkə özünü bu xəstəlikdən sığortalaya bilməyəcək.
COVAX təşəbbüsündə 190 ölkə və ərazi iştirak edir ki, bu da dünya əhalisinin 90%-dən də çox bir hissəsini təşkil edir. CEPI koalisiyası, GAVI alyansı, ÜST və digər tərəfdaş təşkilatlarla birgə işləyən UNICEF, COVID-19 xəstəliyinə qarşı vaksinlərin COVAX təşəbbüsü adından satınalması və tədarükü üzrə səylərə rəhbərlik edir.
      Mən internetdə COVID-19 xəstəliyinə qarşı vaksinlər haqqında qeyri-dəqiq məlumatlara rast gəlmişəm. Mən nə etməliyəm?
Təəssüflər olsun ki, internetdə COVID-19 virusu və ona qarşı vaksinlər haqqında qeyri-dəqiq məlumatlar həddindən artıq çoxdur. Səhiyyə sahəsində böhran zamanı yanlış məlumatlar paranoyanın, qorxunun və stiqmatizasiyanın geniş şəkildə yayılmasına səbəb ola bilər. Eyni zamanda, bu, insanların virus qarşısında özünü çarəsiz və ya daha həssas his etməsinə səbəb ola bilər. Odur ki, ölkənin səhiyyə orqanları, BMT, UNICEF, ÜST kimi etibarlı mənbələrdən yoxlanılmış məlumatlar əldə edin.
       Siz internetdə saxta və ya yanıltıcı olduğunu bildiyiniz bir kontent görürsünüzsə, sosial media platformasında bu barədə məlumat verməklə onun yayılmasının qarşısını almaqda kömək edə bilərsiniz.
COVID-19 xəstəliyinə qarşı vaksinlərin tərkibində hər hansı heyvan mənşəli məhsullar vardır?
Xeyr, ÜST-nin təsdiq etdiyi COVID-19 xəstəliyinə qarşı vaksinlərdən heç birinin tərkibində heyvan mənşəli məhsullar yoxdur.
Hamımız COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunana qədər mən öz ailəmi necə qoruya bilərəm?
     Təhlükəsiz və səmərəli vaksinlər “oyunun qaydalarını dəyişirlər”, lakin hələ də aydın deyil, onlar bizi infeksiya və yoluxma hallarından nə dərəcədə qoruya biləcəklər. Hələlik isə, biz vaksinasiya olunduqdan sonra da özümüzü və başqalarını qorumaq üçün ehtiyat tədbirləri görməkdə davam etməliyik. Bu tədbirlər sırasına maskadan istifadə, fiziki məsafə saxlama və müntəzəm olaraq əl yuma daxildir


                  Mingəçevir GEM-in direktoru Validə Məmmədova
                  Epidemioloji Şöbənin müdiri İlqar Həsənov

Keçidlər