Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə daha bir şəhidin xatirə lövhəsinin açılışı oldu.

01 avqust 2021 | 16:00

Mingəçevirdə demək olar hər gün bir şəhidin adının əbədiləşməsi üçün xatirə lövhəsi və ya xatirə bulağının açılış mərasimləri həyata keçirilir. Bu gün daha bir şəhidin adının əbədiləşməsi üçün yaşadığı binanın üzərində xatirə lövhəsinin açılışı olub.Qeyd edək ki,bu mərasimlərin keçirilməsində şəhid valideyinləri az da olsa təskinlik tapırlar.Bu gün açılışı olan xatirə lövhəsinin şəhidi Etibar Aleksandr oğlu Mahmudov Etibar Aleksandr oğlu Mahmudov 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1994-ci ildə Mingəçevir şəhər 16 nömrəli məktəbin birinci sinfinə qəbul olmuşdur.   Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhididir.

     Etibar çox zəhmətkeş bir övlad olub. Atası uşaq yaşlarında vəfat etdiyindən 2000-ci ildə təhsilini yarımçıq qoyub işləməyə başlayıb.Ailə çoxuşaqlı(5) olduğuna görə bütün qayğıları öz üzərinə götürən Etibar əlindən gələn köməyi göstərib.2006-cı ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi polkovnik tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Etibar Mahmudov mülki şəxs olaraq fəaliyyət göstərmişdir.
      Anası Əsmayə xanım deyir ki,bu xatirə lövhəsi mənim üçün çox böyük önəm daşıyıq:”İndi həyətə düşəndə Etibarımın xatirə lövhəsini görəndə elə biləcəm ki,o,mənim yanımdadır. Bu mənə böyük təsəllidir.
Xatirə lövhəsinin açılışında iştirak edən məktəbli şagirdlərin hər biri bir şəhidin adını daşıdıqlarını bildirdilər. Onlar şəhidlərimiz kimi mərd,qorxmaz,vətənpərvər bir igid olacaqlarına söz verdilər.Açılış mərasimində   Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı  aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov çıxış edərək şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib.
     Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Etibar Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq 28 oktyabr tarixindən iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

      Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

      Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

      Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Keçidlər