Şriftin ölçüsü :

Saytın rəngi :

Bulağın tikintisi ilə bağlı şəhidin valideyinləri razılıqlarını bildirdi.

01 avqust 2021 | 16:00

Mingəçevirdən olan şəhid İbrahimzadə Nihat Şahid oğlunun valideyinləri Mingəçevirdə Az.Dres qəsəbəsində yaşayırlar. Şəhidin atası Şahid bəy və anası Xalidə xanım bu günlərdə üzləşdiyi problemlə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova müraciət ediblər. Şahid İbrahimzadə bildirir ki,müraciətimz zamanı ivra başçısı məzuniyyətdə olduğuna görə biz onunla görüşə bilmədik:”Sağ olsun məzuniyyətdən qayıdan başçı bizimlə görüşmək üçün evimizə gəldi.Çayımıza da qonaq oldu.Öz problemimizi başçıya bildirdik.Biz şəhid övladımızın adının əbədiləşməsi üçün xatirə bulağı tikdirmək istəyirdik.Bu işə qoşulan qonşular bulağın qəsəbənin girəcəyində tikilməsini istədilər. İcra hakimiyyətinin memarlıq şöbəsi həmin əraziyə baxdı və orada bulağın tikilməsi qanuna uyğun olmadı.Saq olsun icra başçısı İlham İsmayılov.Bizim müraciətimizi sona qədər dinlədi.Və bulağın həyətimizin qarşısında tikilməyini məsləhət bildi.Artıq biz bulağın tikintisinə başlamışıq. Şəhid övladımın iki oğlu bizə əmanət qalıb. Biz də istəyirik ki,onları böyüdək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Mən onu demək istəyirəm ki,Mingəçevirdə də Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək məqsədilə hər bir şəhid ailəsinə dəstək olmaq üçün  icra hakimiyyətindən əllərindən  gələn köməyi edirlər. Bunun üçün biz cənab Prezidentimizə,icra başçımıza minnətdarlıq bildiririk”.
     Qeyde dək ki,Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinə, eləcə də qazilər və müharibə iştirakçılarına şəhər İcra Hakimiyyəti tərəfindən daima qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində lazımi tədbirlər görülür.
      Eyni zamanda şəhər İcra Hakimiyyəti müxtəlif internet saytlarında və sosial şəbəkələrdə Mingəçevirdə şəhid ailələrinə qayğı göstərilməməsi ilə bağlı yayımlanan əsassız yazılarla əlaqədar bildirir ki, hər bir şəhid ailəsinə, qaziyə və müharibə iştirakçılarına şəhər İcra Hakimiyyəti tərəfindən daima diqqət və qayğı göstərilir.  Son günlər şəhid ailələri, Qarabağ müharibəsi əlilləri ilə bir neçə dəfə görüşlər keçirilmiş, onları narahat edən məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görülmüşdür. Ümimuyyətlə bu kateqoriyadan olan vətəndaşlarımız ŞİH başçısı və digər məsul işçilər tərəfindən hər gün və növbədənkənar qəbul olunurlar.

 

Keçidlər