Şriftin ölçüsü :

Saytın rəngi :

28 iyul 2021-ci il tarixində şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirildi.

28 iyul 2021 | 16:00

28 iyul  2021-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasda  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Şuranın iclasını açıq elan edərək gündəlikdə 4 məsələ durduğunu bildirdi və bu məsələlər ətrafında çıxışçılara söz verdi.  Gündəlikdə duran 1-ci məsələ “2021-ci ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının təhlili və ilin ikinci  yarısında qarşıda duran vəzifələr”,  2-ci məsələ  “Şəhər Təsərrüfatı müəssisələrinin  2021-ci ilin 6 ayında fəaliyyəti haqqında” 3-cü məsələ “Xüsusi təhlükəli xəstəliklər üzrə şəhərdə aparılan profilaktiki tədbirlər haqqında”, 4-cü məsələ “Mingəçevir şəhər İcra Hakimiyyətinə 2021-ci ilin birinci yarımilliyində daxil olmuş sənədlərlə işin, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması vəziyyəti haqqında” olmuşdur.  Məsələ ətrafında çıxışçılar çıxış  etdikdən  sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə  və  tapşırıqlarını verdi. 

Keçidlər