9 noyabr 2026-cı il tarixdə Mingəçevirdə Dövlət Bayrağı Günü qeyd olundu
09 noyabr 2026 | 23:45
9 noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə Mingəçevirdə ədəbi-bədii tədbir keçirilib. Şəhərin Bayraq Meydanında təşkil olunan tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Fəal gənclərin iştirakı ilə müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin rəmzi olan üçrəngli Dövlət Bayrağı Heydər Əliyev prospekti istiqamətindən meydana gətirilib. Dövlət Himni səsləndirilib. Uşaq Gənclər və İnkişaf Mərkəzinin şagirdlərinin təqdim etdikləri kompozisiya, vətənpərlik ruhlu şeirlər, mahnı çələngi, rəqs nümunələri alqışlarla qarşılanıb. Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövət Bayrağı Günü kimi təsis edilib, torpaqlarımız azad edildikdən, suverenliyimiz bərpa olunduqdan sonra ölkəmizin bütün ərazisində üçrəngli bayrağımız dalğalanır.