Şriftin ölçüsü :

Saytın rəngi :

Qəlblərdə yaşayan şəhidlərimiz.

10 iyul 2021 | 16:00

 
    Mingəçevirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması  artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu dəfə  də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən  Əli Nəsib oğlu Rzayevi yad edirik.  Yaşasaydı 29 yaşı olacaqdı. Onun cənnətindəki doğum gününə yaxınları,anası,oxuduğu məktəbin müəllim –şagird kollektivi ,  Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı  aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov və “Nur”dəstək qrupunun könüllüləri qatılıblar.Əvvəlcə şəhidin oxuduğu  16 saylı məktəbin şagirdləri  tarix yazaraq şəhidlik zirvəsinə ucalmış vətən oğullarının xatirəsini şeirlərlə yad ediblər və bildiriblər ki,biz fəxr edirik ki,qəhrəman şəhidimizin oxuduğu  məktəbdə təhsil alırıq.Onlar bildiriblər ki,yaxşı oxumaqlqa Əlinin adını uca tutacalar. Daha sonra məktəbin direktoru  Sevinc Həsənova çıxış edərək bildirdi ki, biz  bu dərdi,  bu  qəmi  daim  qəlbimizdə   saxlayacağıq:”   ”  Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Allah şəhidlərimizə rəhmət etsin,onların qəbrlərini nurla doldursun”.
    Anım mərasimində çıxış edən Seymur Hidayətov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun salamlarını çatdrıb,şəhidin yaxınlarına səbrlər diləyib.Qeyd edək ki, oktyabr ayının 6-da Ağdərə uğrunda gedən şiddətli döyüşlərdə Əli Rzayev qəhrəmancasına şəhid olub. Şəhidin nəşi neytral zonada qaldığından bir neçə gün çıxarmaq mümkün olmayıb. Həmin ayın 10-u nəşi doğulduğu Mingəçevir şəhərinə gətirilir və 11-i  Şəhidlər xiyabanında torpağa tapşırılır. Şəhidin Hüseyn adlı bir oğlu  var.   Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Mingəçevir şəhərində anadan olan kiçik çavuş Əli Nəsib oğlu Rzayev ölümündən sonra “Vətən uğrunda”, ”Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər