Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər.

23 iyun 2021 | 16:00

  Mingəçevir şəhər İcra Hakimiyyətində 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirildi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri və dövlət qulluqçuları həmin gün ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir şəhər İcra Hakimiyyətinin müşavirə zalında davam etdirildi. Tədbiri açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əlamətdar günlə əlaqədar fikirlərini bölüşdü, müşavirə zalına toplaşan dövlət qulluqçularını peşə bayramları günü münasibətilə təbrik etdi.
  Tədbirdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri Mahir Əliyev, Məhluqə Cavadova, Bəxtiyar Mustafayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirdilər.
Tədbirdə dövlət qulluqçularına Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Mingəçevir şəhər Komitəsinin hədiyyələri təqdim olundu.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirin işinə yekun vuraraq dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

Keçidlər