Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyun 2021-ci il tarixində şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirildi.

23 iyun 2021 | 16:00

  Öncə şəhər  İcra Hakimiyyəti başçısı İlham İsmayılov  tədbir iştirakçılarını salamladı və Şura iclasının gündəliyinə çıxarılan dörd  məsələ şəhərin yol və səkilərinin saxlanılması, yağış sularının idarə olunması, sel-su mühafizə kanalına nəzarət, işsizliyin azaldılması,xüsusi ilə gənclərin və qadınların məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər haqqında, şəhərdə uşaq və gənclərin asudə vaxtının təşkili, onların  dünyagörüşünün formalaşdırılması sahəsində görülən işlərin vəziyyəti barəsində və Mingəçevir şəhərində ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi  barəsində məlumat verdi.

Gündəlikdəki məsələlər  ilə bağlı çıxışlar dinlənildi və Şura iclasında müvafiq qərar qəbul edildi. Sonda şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  çıxış edərək Şura iclasının gündəliyinə daxil edilmiş məsələlər ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə, ərazi icra nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

Keçidlər