Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş Günü münasibətilə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və rəhbərliyi ilə yaddaqalan tədbir keçirildi.

16 iyun 2021 | 16:00



   15 iyun Milli Qurtuluş Günü münasibətilə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və rəhbərliyi ilə yaddaqalan tədbir keçirildi. Öncə Heydər Əliyevin adını daşıyan mərkəzin qarşısında ücaldılmış ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri tədbirdə iştirak edirdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzinin foyesində davam etdirildi. Burada “Uşaq, Gənclər və İnkişaf Mərkəzi”nin xətii ilə  hazırlanmış sərgiyə baxış keçirildi. Sərgidə ulu öndərin həyatına və yaradıcılığına, Vətən müharibəsində əsgər və zabitlərimizin şücayətinə, vətənimizin zümrüd qaşı olan Şuşamıza həsr olunmuş rəsm əsərləri və əl işləri yer tutmuşdu. Eyni zamanda  ulu öndərə həsr olunmuş filmin nümayişi də maraqla qarşılandı. Heydər Əliyevin anadan olmasının 98-ci ildönünü münasibətilə keçirilən ümumrespublika müsabiqəsinin qaliblərindən biri olan şəhər liseyinin XI sinif şagirdinin çıxışı iştirakçıların diqqətini cəlb etdi.

   Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək ulu öndərin həyat və fəaliyyəti, onun tarixi qayıdışı ilə bağlı fikirlərini bölüşdü. Tədbirin təşkilində fəallıqlarına görə təşkilatçılara minnətdarlığını ifadə etdi. Bir sıra tövsiyyə və tapşırıqlarını verdi.

 

Keçidlər