Şriftin ölçüsü :

Saytın rəngi :

2020-2021-ci tədris ili başa çatdı. Ümumtəhsil orta məktəblərində bu əlamətdar gün iyunun 14-də qeyd olundu.

14 iyun 2021 | 16:00

 


2020-2021-ci tədris ili başa çatdı. Ümumtəhsil orta məktəblərində bu əlamətdar gün iyunun 14-də qeyd olundu. Mingəçevirin bütün məktəbləri bu tədbirə hazırlıq işləri görmüşdü. İştirakçısı olduğumuz 13 saylı orta məktəbdə bu xüsusilə nəzərə çarpırdı. Bu ilki tədris ilində məktəbi ümumilikdə 667 şagird başa vurmuşdur. Məktəbin həyətində həyəcanlı anlar yaşayaraq sıraya düzülmüş 11-cilər, onları kənardan müşayiət edən valideynlər, bilik və bacarıqlarını şafirdlərdən əsirgəmiyən müəllimlər buraya toplaşmışdılar.
Şagirdlərin və müəllimlərin sevincinə qoşulan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamiq Cəbiyev, 13 saylı  tam orta məktəbin direktoru Daşqın İbrahimov tədbirdə iştirak edərək sevinc hisslərini şagirdlərlə bölüşdülər. Tədbirin aparıcıları olan şagirdlər tədbir önünə Azərbaycan bayrağını gətizdirdikdən sonra dövlət himni səsləndirildi və Vətən müharibəsində şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Sonra məktəbin direktoru Daşqın İbrahimov çıxış edərək əldə etdikləri nailiyyətlərdən, məktəbin uğurlarından söhbət açdı. Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Birinci Vitse Prezident Mehriban Əliyevaya, o cümlədən şəhər rəhbərinə dərin təşəkkürünü bildirdi. Əminliklə vurğuladı ki, bu il məktəbi bitirən şagirdlər gələcək əməli fəaliyyətləri ilə məktəbin adını uca edəcəklər.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış etdi. Müəllim və şagirdləri uğurlu nəticələrinə görə təbrik etdikdən sonra ölkə rəhbərinin Mingəçevirə və mingəçevirlilərə, eləcə də şəhər təhsilinə göstərdiyi diqqət və qayğını açıqladı və buna görə onlara təşəkkürünü bildirdi. 13 nömrəli orta məktəbin timsalında bu qayğının bariz nümunəsini dilə gətirdi. Məktəbin uğurlarına fərəh hissi ilə yanaşan icra başçısı əmin olduğunu bildirdi ki, belə gözəl məktəbdə təhsil alan şagirdlər bundan sonra da bu uğurun davamını gətirəcəklər.
Şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamiq Cəbiyev 2020-2021-ci tədris ilində ümumən Mingəçevir məktəblərinin nailiyyətlərindən bəhs etdi. Bildirdi ki, bu il şəhər məktəblərini 881 nəfər şagird başa vurur. Onların əksəriyyəti yüksək səviyyəli tədris görmüş şagirdlərdir. Bu il onlar ali və orta ixtisas məktəblərinə daxil olmaqla şəhərimizin nüfuzunu daha da uca tutacaqlar. Çünki onların ayrı-ayrı fənlər üzrə keçirilən respublika əhəmiyyətli olimpiadalarda yüksək yerlər tutması buna əminlik yaradır.
Tədbirdə ümumtəhsil orta məktəblərində təhsil alan şagirdlərin respublika olimpiadalarındakı uğurları xüsusi qeyd olunmaqla onlara diplomlar, mükafatlar və gül-çiçək dəstələri təqdim olundu. Şəhər İcra Hakimiyyətinin başçısı təqdimat mərasimini yerinə yetirərək şagirdlərə uğurlar arzuladı.
Sonda məktəbin müəllimləri, valideynlər çıxış edərək məzunlara və şagirdlərə öz ürək sözlərini bildirdilər. Birincilər son zəngin sədasını səsləndirdilər. Bununla da məktəbdə təşkil olunan son zəng mərasimi sevinc və fərəh hissi ilə başa çatdı.


 

Keçidlər