Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəman şəhidin cənnətdəki ilk doğum günü məzarı yanında qeyd olunub.

14 iyun 2021 | 16:00

     Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan, əslən Ağdamdan olan Mingəçevirdə döğulub boya-başa çatan Həsənov Əzim Fikrət oğlunun bugün yaşasaydı 23 yaşı olacaqdı. Əzimin ad gününü bu gün onun doğmaları,oxuduğu məktəbin şagird -müəllim  kollektivi Əzimsiz qeyd etdilər.   Şəhidin cənnətindəki ilk doğum günü uyuduğu Mingəçevir  şəhidlər xiyabanında məzarı yanında anılıb.

     Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı ,ehtiyatda olan zabit ,polkovnik leytenant  Seymur Hidayətov iştirak edərək çıxış etmiş və şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə baş saglığı verdi, ailəsinə və qohumlarına səbrlər dilədi. Daha sonra Şəhidin oxuduğu məktəbin direktoru  Ülviyyə Fətəliyeva  çıxış edərək şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açdı, şagirdlərə vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı və əsil vətəndaş olmanın şərtlərini xatırlatdı və vətən uğrunda mübarizənin vacibliyi, hər bir vətəndaşın tutduğu mövqedə bir qəhrəman kimi çalışmasını şagirdlərə tövsiyə etdi.Anım  mərasimində Ağdam İHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı,Mingəçevir  19 saylı məktəbin müəllimləri  şəhid Əzimin  qısa ,lakin  şərəfli ömür yolundan danışıblar. Qeyd olunub ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
     Yaşasaydı,  23 yaşı olacaqdı. O, 2001 ci ilin bu günkü tarixində anadan olmuşdur.2014- cü ilin sentyabrında  müvəqqəti məskunlaşdıqları Mingəçevir  şəhərində 19 nömrəli məktəbin birinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim, orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27 -də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətlərində  gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.
    
    Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.
Qeyd edək ki, ölkə prezidentinin sərəncamına əsasən Əzim Həsənov ölümündən sonra   “Vətən uğrunda, “Füzulinin azad olunmasna görə “medalları ilə təltif edilib.

Keçidlər