Mingəçevirdə vaksinləşmə ilə bağlı səyyar məntəqələr yaradılıb.
Mingəçevir şəhəri üzrə əhalinin vaksinləşməsi prosesi davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasına qarşı ölkəmizdə vaksinləşmə prosesi uğurla davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Mingəçevirdə də bu prosses uğurla həyata keçirilir.
Vaksinləşmə prosesinin mütəşəkkil keçirilməsi və artıq vaksinləşmə prosesinə cəlb olunan şəxslərin təcrübəsindən istifadə edərək koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhərdə Mərkəzi Xəstəxanadan başqa olaraq əlavə səyyar 3 məntəqə yaradılıb. Onlardan biri şəhər 17 saylı məktəbdə, digərləri isə məcburi köçkünlər yaşayan qəsəbədə yerləşdirilib .Prosesə qoşulanların sayı günbəgün artır və hər gün700-800 vətəndaşa peyvənd vurulur.
Məqsəd hazırda geniş yayılmış COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.