Vətən müharibəsində həlak olan şəhidlərin övladları və Uşaq nevroloji sanatoriyasında müalicə olunan uşaqlar ilə görüş keçirilmişdir.
Bu gün “1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı tərəfindən Vətən müharibəsində həlak olan şəhidlərin övladları ilə görüş keçirilmiş, görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təbriki və hədiyyələri şəhid uşaqlarına çatdırılmışdır.
Bundan əlavə aparatın əməkdaşları tərəfindən “Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nəzdində olan Uşaq nevroloji sanatoriyada müalicə olunan uşaqlarla görüş keçirilmiş, görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun adından “1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə uşaqlara təbrik çatdırılmış və hədiyyələr paylanmışdır.