Şriftin ölçüsü :

Saytın rəngi :

25 may 2021-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir.

25 may 2021 | 16:00

25 may  2021-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasda  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Şuranın iclasını açıq elan edərək gündəlikdə 2 məsələ durduğunu bildirdi və bu məsələlər ətrafında çıxışçılara söz verdi.  Gündəlikdə duran 1-ci məsələ “Mingəçevir şəhərində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində şəhər Təhsil şöbəsi, Gənclər və İdman İdarəsi, mədəniyyət müəssisələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhər şöbəsi tərəfindən aparılan  işlərin vəziyyəti haqqında”,  2-ci məsələ  “Aparatın Hüquq şöbəsinin əməkdaşlarının 2020-ci il ərzində Məhkəmə proseslərində iştirakının vəziyyəti haqqında şöbə müdiri Mahir Əliyevin məlumatı” barədə olmuşdur.  Məsələ ətrafında çıxışçılar çıxış  etdikdən  sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə  və  tapşırıqlarını verdi. 

         

  

Keçidlər