Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdən olan iki şəhidin cənnətdəki ilk ad günləri məzarları yanında qeyd edildi.

24 may 2021 | 16:00

Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri,Qulamlı Ülvi Şahin oğlu, digəri isə Nicat Cahangir oğlu Hacıyevdir. Bu gün hər iki şəhidin cənnətindəki ilk doğum günləridir.Şəhidlərin doğum gününü qeyd etmək üçün şəhidin doğmaları,oxuduqları məktəblərin müəllim,şagird kollektivi,şəhər İcra Hakimiyyətinin,təhsil şöbəsinin  nümayəndələri iştirak edib.Əvvəlcə şəhidlərin ruhlarına dualar oxunduqdan sonra ziyarətçilər şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər.

     Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov çıxış edib və şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından şəhidin ailəsinə baş saglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib.
Şəhidlərin oxuduqları məktəbin şagirdləri onların xatirəsini şeirlərlə yad ediblər.
     Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Qulamlı Ülvi  “Vətən uğrunda”  medalı ilə təltif edilmişdir. Qəhrəmanımız yaşasaydı, bu gün  27 yaşı tamam olacaqdı.Ülvi Mingəçevir 13 saylı məktəbin məzunu olub.
     Qeyd edək ki,Şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən, şəhər rəhbərləri şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edirlər.
Nicat Hacıyev  1989 –cu il mayın 24 də Füzuli şəhərində anadan olub. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin Füzuli   şəhərini işğal eləməsindən sonra ailəsi ilə birgə Mingəçevir  şəhərində yaşamağa başlayıb. 1996-2007-ci illərdə Mingəçevir  şəhərində 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Nişanlı idi.  Nicat Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan   işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi   zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 2-də şəhid olub.
      Şəhidlərimiz daim Azərbaycan xalqının yaddaşında qalacaq. Biz yaşadıqca onlar da qəlbimizdə yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Keçidlər