Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə 9 may qeyd olunub.

09 may 2021 | 16:00

Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, qazilər 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə şəhərin Qələbə meydanında ucaldılan abidəni ziyatət edib, önünə gül dəstələri düzüblər.
     İcra Hakimiyyətinin başçısı İlham İsmayılov öz çıxışında faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidmətləri olduğunu bildirib: ”1941-1945-ci illərdə igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq göstəriblər. Bir zamanlar Mingəçevirdə 800-ə yaxın Böyük Vətən müharibəsi iştirakçısı vardı. Təssüflə qeyd etməliyəm ki, bu gün onlardan heç biri sağ deyil. Biz onların xatirəsini heç vaxt unutmayacağıq”.
     O, həmçinin bildirib ki, hər il dövlətimizin başçısının Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin ailələrinə, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilir.
     Başçı daha sonra 44 günlük Vətən müharibəsindən söz açıb. Qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək tarixi Zəfər qazanıb: “Azərbaycan 30 ilə yaxın Ermənistanın əsarətində olan torpaqlarını öz gücünə düşməndən təmizləyərək ərazi bütövlüyünü bərpa edib. Vətən üçün canından keçən qəhrəman övladlarımızın xatirəsi qəlbimizdə daim yaşayacaq”.

Keçidlər