Mingəçevirdən olan şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub
Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mingəçevir şəhər sakini Məmmədov Vasif Rafael oğlunun cənnətindəki ilk doğum günü uyuduğu Mingəçevir şəhidlər xiyabanında məzarı yanında anılıb.
Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov iştirak edərək çıxış etmiş və şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından şəhidin ailəsinə baş saglığı verdi, ailəsinə və qohumlarına səbrlər dilədi. Şəhidin oxuduğu 18 saylı Cəbrayıl orta məktəbinin müəllim və şagird kollektivi,şəhidin valideyinləri və döyüş yoldaşı , əzizləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarnı ziyarət ediblər.
Yaşasaydı, 20 yaşı olacaqdı. O, 2001 ci ilin bu günkü tarixində anadan olmuşdur. Onun haqqında danışan məktəbin psixoloqu Ulduz Nəcəfova deyir ki,Vasif üzündə həmişə təbəssümü olan şagirdlərimizdən biri idi:”Məktəbimizin vətənpərvər oğullarından idi Vasif. Ailəsi Cəbrayıldan idi.Özüdə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.Onun bir sözünü həmişə xatırlayırıq.Deyirdi ki,Cəbrayıldan ilk su içən mən oldum.Ən böyük arzusu idi torpaqların azad olunması.Ona görə də əsgəri xidmətində olarkən o da digər yoldaşları kimi könüllü 44 günlük vətən müharibəsində iştirak etdi”.
Daha sonra şəhidin ruhuna dualar oxunub.Məktəbli şagirdlər onun xatirəsini kiçik şeirlərlə yad ediblər.
Qeyd edək ki,Vasif Məmmədov İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlının kəşfiyatçısı olub. Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayıl uğrunda “,”Fizuli uğrunda” döyüş medalı ilə təltif olunub.
Çıxışçılar şəhid Vasifin qısa ,lakin şərəfli ömür yolundan danışıblar.
Qeyd olunub ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I-II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.