Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların iştirakı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz” adlı tədbir keçirilmişdir.

16 aprel 2021 | 16:00

Mingəçevir şəhər  İcra hakimiyyəti aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının təşkilatcılığı ilə   Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi nəzdində fəaliyyət göstərən Mənzil İstismar Sahələri ərazisində yaşayan  uşaqların iştirakı ilə   Şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz” adlı  tədbir keçirilmişdir. Uşaqlar Şəhidlər Xiyabanın ziyarət etmiş. 14 nömrəli MİS-nin tərbiyəçi müəlliməsi Şəbnəm  Zeynalova  şəhidlərin keçdiyi döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıqlar haqqında uşaqlara  geniş məlumat vermişdi.
        Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tərlan Əliyeva  çıxış edərək belə tədbirlərin mütəmadi keçirilməli olduğunu, vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışmışdır.O,  bildirmişdir ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belədə olacaqdır.
          Tədbirdə uşaqların  ifasında şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu, vətənpərvərliyi təcəssüm etdirən şerlər dinlənilmişdir.

Keçidlər