Mingəçevir şəhərində Koronovirusla mübarizə gündəlik olaraq gücləndirilmiş şəkildə davam etdirilir.
Ökəmizdə Koronovirusun (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Mingəçevir şəhərində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Koronavirusa yoluxanlarının sayında artımın olması nəzərə alınaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin müxtəlif ərazilərində əsas küçə, prospekt və yollarda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılmışdır. Görülən işlər şəhər sakinlərinin sağlamlığının və həyatının təhlükəsizliyinə xidmət edir.
Dezinfeksiya işləri Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının yanında yaradılmış Operativ Qərargah tərəfindən tərtib edilən qrafikə uyğun olaraq aparılır.
Mingəçevir şəhər İcra Hakimiyyətində yaradılmış mobil qruplar gündəlik olaraq şəhərin küçə və prospektlərində, əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparırlar.
Mobil qruplar həmçinin vətəndaşlara insanların sıx toplaşdığı yerlərə getməmək və mütləq şəkildə tibbi maskadan istifadə etməklə bağlı tövsiyələr edirlər. Şəhərdə təbliğat, maarifləndirmə, dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir.
Şəhərin mərkəzi küçə və prospektləri, istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, avtobus dayanacaqlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, bütün küçə və prospektlərində, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır.