Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Milli Mətbuat günü qeyd olunub

22 iyul 2014 | 15:00

 Mingəçevir şəhər icra hakimiyyətində yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. Jurnalistləri peşə bayramı münasıbətilə təbrik edən İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, dövlət jurnalistlərə həmişə xüsusi qayğı göstərib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mətubatı özünün yeni mühüm inkişaf dövrünü yaşayır. Qəzetlərin Azərbaycan nəşriyyatına borclarının büdcədən ödənilməsi, müstəqil qəzetlərə birdəfəlik maliyyə yardımının edilməsi və mətbuat işçilərinin mənzillə təmin olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunələridir. Görüşdə media nümayəndələri çıxış edərək fikir və mülahizələrini bildiriblər. Sonda milli mətbuatın inkişafında xidmətlərinə görə bir qrup jurnalist  İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunublar.

 

 

 

 

 

 

 

Keçidlər