Abadlıq-quruculuq işləri davam edir. Energetiklər qəsəbəsində daha bir nümunəvi məhəllə istifadəyə verildi
Energetiklər qəsəbəsində istifadəyə verilən 8-ci nümunəvi məhəllənin açılışı fevralın 12-də baş tutdu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra Hakimiyyətinin nəzdindəki məşfərət şurasının üzvləri, aparatın məsul şəxsləri, mətbuat işçiləri ilə yanaşı Naxçıvan küçəsi 50/1, 50/2, 52/1 nömrəli binalarının əksər sakinləri açılış mərasimində iştirak edirdilər. Nümunəvi məhəllənin hazırlanmasında Mənzil Kommunal Təsərrüfatı Kombinatının və işıqlandırma idarəsinin işçiləri yaxından iştirak ediblər.
Nümunəvi məhəllədə çoxlu sayda ağaclar, o cümlədən 54 sərv ağacı, 82 çinar ağacı əkilmişdir. Burada uşaq əyləncə qurğuları, uşaqlar üçün məhəccərlər, turnuklər, sürüşkənlər, oturacaqlar, iki söhbətgah, zibil atmaq üçün qablar, işıqlandırma sistemi hazır vəziyyətə gətirilmişdir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)






