Şriftin ölçüsü :

Saytın rəngi :

Dərslər uğurla davam edir

15 fevral 2021 | 16:00

Koronavirusla mübarizə 1 ildən artıqdır ki, dünyada öndə duran başlıca problemdir. Yaşından asılı olmayaraq xəstəliyə yoluxan insanların sağlamlığı təhlükəyə düşməklə yanaşı, başqasına yoluxma riski güclü olduğu üçün karantin rejimi tətbiq olunub. 2020-ci ilin mart  ayından sərt və bir qədər zəif karantin rejiminin tətbiq edilməsi Azərbaycanda yoluxma riskini və ölüm hallarının çoxalmasına yol vermədi. Dövlətimizin  və cəmiyyətin gələcəyi üçün önəmli olan təhsilin onlayn fəaliyyəti müəllim və validenynlərin, tələbə  və şagirdlərin ürəyindən deyildi. Lakin başqa çıxış yolu yox idi. Dövlətimiziun başçısı İlham Əliyevin birbaşa göstərişi və tapşırığı ilə tətbiq edilən qadağa və təhlükəsizlik tədbirləri yalnız bir məqsədə xidmət edir. Vətəndaşların sağlamlığı təmin olunmalıdır. İdarə və müəssisələrdə, yaşayış binalarında, küçə və məhəllələrdə, təhsil və tərbiyə  ocaqlarında, səhiyyə və mədəniyyət müəssisələrində, avtobuslarda davamlı olaraq dezinfeksiya işləri aparılmaqla, xəstəliyə qarşı mübarizə bu gün də uğurla davam edir.  İnsanlar özünün və yaxınlarının sağlamlığı üçün tibbi maskalardan istifadəni həyat tərzinə çevirib. Məsələyə ciddi münasibət, tətbiq olunan qaydalara riayət etmək müsbət nəticə göstərdi, yoluxma və ölüm halları azaldı, sağalanların sayı artdı. Azərbaycanda karantin rejimindəki sərtlik yumşaldıldı. Fevralın 1-dən ibtidai sinif, 8-dən isə yuxarı sinif şagirdlərinin ənənəvi təhsilə başlanmasına qərar verildi. Bu xəbər hər kəsi sevindirir. Məktəblərin qapısı açılır, sinif otaqlarında (məlum  karantin qaydalarına əməl etməklə, maska ilə və məsafə  saxlamaqla,  əllərini  spirtləməklə) dərslər tədris olunur. Məktəblilər sevimli məktəblərində dərslərini öyrənir, öyrəndiklərini həvəslə  bölüşürlər.
       Mingəçevirdə tədrisin davamı ilə əlaqədar şəhər təhsil şöbəsinin müdir əvəzi Zamiq Cəbiyevlə görüşüb söhbət etdik. Zamiq müəllim bildirdi ki, şəhərimizin bütün təhsil müəssisələrində ənənəvi təhsil uğurla davam edir. Təyin olunmuş cədvəl üzrə dərslər tədris olunur, müəllimlər və şagirdlər məlum qaydalara riayət edir. Bildiyimiz kimi, bir neçə məktəb istisna olmaqla şəhərimizin bütün orta məktəbləri əsaslı təmir olunub və müasir texnologiya ilə təmin edilib. Bu da təhsilin səviyyəsinin yüksəlişinə imkan yaradır. Əsas məqsədimiz şagirdlərin yüksək biliklərə yiyələnməsi, Azərbaycanın layiqli vətəndaşı kimi yetişməsidir. Biz təhsil işçiləri də bunun üçün dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və tövsiyyələrinə intizamla əməl edir, çalışırıq ki, bütün qaydalara riayət edək, sağlam və savadlı nəsil yetişdirək.

Keçidlər