Şəhər ağsaqqalları ilə görüş
İyulun 22-də Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev şəhər ağsaqqalları ilə görüşüb. Tədbirdə çıxış edən Niyazi Bayramov deyib ki, ağsaqqalların sözü həmişə önəmli olub: “Şəhərdə abadlıq-quruculuq işləri gedir. Fəal olun, tövsiyyələrinizi, təkliflərinizi bölüşün”.
Şəhər ağsaqqqallarının təklifləri sırasında binaların istilik sisteminin bərpa olunması, dam örtüklərinin yenilənməsi, bağların suvarılması üçün kanalların düzəldilməsi, böyük kitabxana inşa edilməsi, səkilərin normal vəziyyətə salınması və s. yer alıb.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyilən fikir və təkliflərə görə ağsaqqallara minnətdarlıq etmiş, onların arzu və təkliflərinin nəzərə alınacağını bildirmişdir.