Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində 2020-ci ildə görülən işlər barədə məlumat

06 fevral 2021 | 16:00

Ölkə iqtisadiyyatında 2020-ci ildə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər, Mingəçevir şəhərinin də dinamik inkişafına öz müsbət təsirini göstərmişdir.
İlin əvvəlindən şəhərin sənaye müəssisələrində 294,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 34,8 milyon manat və ya 10,6 faiz azalmışdır. Azalmanın əsas səbəbi bütün dünyada olduğu kimi Respublikamızda da COVİD-19 infeksiyasının hər sahəyə təsir göstərdiyi kimi istehsalatdan da yan keçməməsidir. İstehsal olunmuş məhsulun 269,3 milyon manatlığı dövlət müəssisələrinin, 25,0 milyon manatlığı qeyri-dövlət sektorunun payına düşür. İstehsal sahələrində orta aylıq əmək haqqı 520,6 manat təşkil etmişdir.
Ötən il şəhər miqyasında tikinti-quraşdırma işlərinə cəmi 109,1 milyon manat, o cümlədən dövlət mülkiyyətinə 104,4 milyon manat və qeyri-dövlət mülkiyyətinə isə 4,7 milyon manat vəsait xərclənmişdir. Hesabat ilində əsas kapitala cəmi 117,1 milyon manat, o cümlədən dövlət mülkiyyətinə 111,6 milyon manat və qeyri-dövlət mülkiyyətinə isə 5,5 milyon manat vəsait yönəlmişdir. Nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisə və fiziki şəxslər tərəfindən yanvar-dekabr aylarında yük daşınması 45,2 faiz, sərnişin daşınması 44,3 faiz azalmışdır. Rabitə xidmətləri 1,4 milyon manat təşkil etmişdir.
2020-ci ilin hesabat dövründə şəhərin istehlak bazarında əhaliyə  403,3 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 milyon manat və ya 7,0% azalma deməkdir. O cümlədən, pərakəndə əmtəə dövriyyəsinin həcmi 349,5 milyon manat, iaşə və pullu xidmətlərin həcmi 53,8 milyon manat təşkil etmişdir. Pərakəndə ticarət şəbəkələrində satılan istehlak mallarının 58,7 faizi ərzaq məhsulları, 41,3 faizi qeyri-ərzaq malları olmuşdur. Bu da öz növbəsində onu göstərir ki, istehlak bazarında ərzaq məhsullarına tələbat artmışdır.

 

2020-ci il ərzində görülən işlər

- İl ərzində 11 ədəd doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadə olan yerləri, fasadı təmir olunmuşdur.

 

- küçələrə, məhəllədaxili yollara və səkilərə, ümumilikdə 151077 m2 sahəyə yeni asfalt örtük salınmış, 34249 metr səki daşı qoyulmuşdur.

 

 “Dostluq” parkının genişləndirilmiş hissəsində abadlıq işləri yekunlaşmışdır.

 

Dövlət rəmzləri muzeyi istifadəyə verilmişdir.

 

Nəsimi parkı tikilmişdir.

 

Nizami küçəsində yeni parkın salınması işləri aparılmışdır.

 

İncilli parkı salınmışdır.

 

İl ərzində  Bahar küçəsinə 2,4 km, 1-ci Məktəb küçəsinə 1,0 km, Bağlar massivinə 4,3 km, Nəsimi küçəsinə 1,1 km, H.Aslanov küçəsinə 0,3 km, Əkinçi küçəsinə 0,7 km, Bozdağ küçəsinə 1,1 km, 2-ci məktəb küçəsinə 0,7 km, Y.Muradov küçəsinə 0,87 km, Koroğlu küçəsinə 0,5 km, Ə.Şıxlinski küçəsinə 0,2 km, Puşkin küçəsinə 0,8 km, Nizami küçəsinə 0,7 km, N.Nərimanov küçəsinə 0,4 km, Z.Həsənova küçəsinə 0,4 km, Ordubadi küçəsinə 0,1 km, 20 Yanvar küçəsinə 0,4 km, M.Fərruxov küçəsinə 0,8 km, M.Maqomayev prospektinə 1,2 km, Kənar küçəsinə 0,9 km, C.Əliyev küçəsinə 0,4 km və Niyazi küçəsinə 1,1 km olmaqla ümumilikdə 20.4 km uzunluqda yol və səkilərə asfalt örtüyü çəkilmişdir.  

 

Hesabat dövründə Dövlət Proqramının “Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi” bəndi üzrə şəhid A.Niftəliyev adına Mədəniyyət mərkəzində əsaslı təmir işləri davam etdirilmişdir.

 

 “Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi”  bəndi üzrə 13 saylı tam orta məktəbin yeni tədris binasının tikintisi, 16 saylı tam orta məktəbdə əsaslı təmir işləri başa çatmış və məktəblər istifadəyə verilmişdir.

13 Saylı tam orta məktəb

16 saylı tam orta məktəb

12 saylı tam orta məktəbdə və İnteqrasiya təlimli internat tipli gimnaziyada əsaslı təmir işləri aparılmaqdadır.

 

2020-ci ildə şəhərin enerji istehsalı müəssisələrində aparılan modernləşmə və əsaslı yenidənqurma işləri davam etdirilmişdir.”Azərbaycan İES” MMC-də il ərzində iri miqyaslı yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Belə ki, İdarəetmə Mərkəzi ilə birlikdə yeni inzibati bina inşa olunmuş, yeni kimya sexi, hava kompressor stansiyası, 330 kvt-luq qapalı yarımstansiya, azot və kislorod sexləri tikilmiş, 500 kvt-luq açıq paylayıcı və çirkab suların təmizlənməsi qurğularında yenidənqurma işləri aparılmışdır. 

 

2020-ci ildə şəhərin sosial sahələrinin işi daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Şəhər İcra Hakimiyyəti Şəhid ailələrinin, Qarabağ döyüşlərində yaralanmış qazilərin problemlərini daim diqqətində saxlayır. Şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə il ərzində 2 dəfə, 18 oktyabr – Müstəqillik günü və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə  233 şəhid ailəsinə, 245 nəfər Qarabağ müharibəsi əlilinə 187600 manat, 49 nəfər 2-ci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailələrinə 58400 manat, 43 nəfər  2-ci Qarabağ müharibəsi qazilərinə 8600 manat olmaqla, ümumilikdə 253000 manat məbləğində vəsait ayrılmışdır. Bundan başqa  2-ci Qarabağ müharibəsində həlak olmuş 47 şəhid ailəsinə, 52 nəfər Qarabağ qazisinə ərzaq yardımı edilmiş, 1 şəhid ailəsinin evi əsaslı təmir olunmuş, 1 şəhid ailəsi və  2 nəfər qazinin mənzilinə istilik sistemi çəkilmişdir.


 

 


İcra Hakimiyyəti başçısının qazilərlə görüşü

 

Bələdiyyə parkı  yenidən qurulmuşdur.

Qurucular parkında yenidənqurma işləri aparılmışdır.

 

Sağ sahil parkı əsaslı surətdə yenilənmişdir.

 

Hesabat ilində Şəhidlər xiyabanında yenidənqurma işləri aparılmışdır. 

“Tərəvəzçilik” sovxozu adlanan yaşayış massivində baxımsız qalmış boş sahədə istirahət  guşəsi  yaradılmış və sakinlərin istifadəsinə verilmişdir.

Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci ildə görülməsi nəzərdə tutulan əsas işlər bunlardır:

•  17 ədəd çoxmərtəbəli yaşayış binalarının dam örtüyü, fasad və girişlərinin əsaslı təmiri.
•  Sahil parkının və Heydər Əliyev prospektindəki xiyabanlarının yenidən qurulması;
•  Tarix muzeyinin qarşısındakı ərazinin yenidənqurma işlərinin davam etdirilməsi;
•  Nizami küçəsindəki bir hissəsi abadlaşdırılmış ərazidə yeni salınmış  “Nizami” parkının genişləndirilməsi;
•  Bir sıra küçələrin – Günəşli yaşayış massivinin küçələrinin bir hissəsinin, İ.Qayıbov, Xətai, Z.Tağıyev, Ə.Vahid, Şəfəq, H.Hüseynov və dalanları, Babək küçələrininn əsaslı təmiri; Vaqif, Vidadi, V.Hüseynov, M.Rəhimov və Samux küçələrinin kəsişməsindəki səkilərin təmiri
•  Təmiri nəzərdə tutulan küçələrin və məhəllədaxili ərazilərin işıqlandırılması;
•  Qərb giriş qapısının, Soyqırım abidəsinin, 1941-1945 abidə kompleksində fəvvarənin yenidən qurulması;

 

Keçidlər