Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri davam edir

05 fevral 2021 | 16:00

2021-ci ilin gəlişi ilə Mingəçevir şəhərində abadlıq-quruculuq işləri daha da genişlənmişdir. M.Maqomayev küçəsində yenidənqurma işlərinə başlanmış küçədə asfaltlanma  işləri yekunlaşmaq  üzrədir. Bununla  yanaşı  küçənin hər iki tərəfində  səkilərin yenilənməsi, yaşıllıqların  salınması işi də aparılır, eyni zamanda  küçədə  yağışötürücü xətlər, əlavə su boruların quraşdırılması  işinə diqqət artırılmışdır.


    Dahi şairimiz Nizami Gəncəvinin 880  illiyi ilə əlaqədar  Ölkə Prezidentinin Sərəncamı  ilə bu ilin  “Nizami ili”  adlandırılması şairin xatirəsinə böyük töhfədir. Bu münasibətlə şəhərdə Nizami adına park salınmasına başlanılmış, parkda yeni fəvvarə  quraşdırılmış, onun ətrafına yaşıllıqlar salınmış, oturacaqlar  qoyulmuş, dekarativ  ağaclarla bəzək işləri həyata keçirilmişdir.

Burada bordürlər qoyulmuş, tamet döşənmiş səkilər  qaydaya salınmışdır. Bu işlər H.Əliyev prospektinin ətrafında S.Vurğun  və 20 Yanvar küçələri arasında  da görülmüş, əhali üçün gözəl istirahət məkanı yaradılmışdır. Şəhərin 20 Yanvar küçəsində yerləşən Şəhidlər Xiyabanı ərazisində də abadlıq işləri aparılmış, xiyabanın giriş qapısı, bulaq. 20 Yanvar abidə kompleksi əsası surətdə yenidən qurulmuş, II Qarabağ müharibəsində şəhid olan  50 şəhidin qəbirüstü daşları  qoyulmuş və məzarın ətrafı abadlaşdırılmışdır.  Tarix muzeyinin qarşısında musiqili fəvvarə quraşdırılır.

     Görülən işlər küçə və məhəllələrdə də aparılır. Şəhərin Puşkin və Nizami küçələri arasında olan məhəllələr yenilənir, binaların girişləri abadlaşdırılır, girişlərə pəncə və qapılar qoyulur. Həmin ərazilərdə nümunə məhəllələrin  qurulması, işıqlanma dirəklərinin quraşdırılması əhalinin istirahətinə şərait yaradır.
Bu işlər “Azərbaycan İES” yaşayış massivində də davam etdirilir. Burada da Naxçıvan küçədə ərazisində geniş nümunəvi məhəllə  qurulmuş, əhalinin istirahəti üçün imkanlar yaradılmışdır. Yadigar Mansurov və Abdulla Şaiq küçəsi ərazisində  binaların girişlərinə qapı və pəncərə qoyulmuş, binaların fasadları rənglənmişdir. Hazırda Tərəvəzçilik sovxozu ərazisində də yenidən qurma işləri aparılır və işıqlanma dirəkləri  quraşdırılır. Görülən bu işlər cari ildə də davam etdiriləcəkdir.

 

Keçidlər