Mingəçevir şəhərində dezinfeksiya işləri hər gün davam etdirilir.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Mingəçevir şəhərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik davam etdirilir. Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən bu istiqamətdə lazımi bütün tədbirlər fasiləsiz həyata keçirilir və nəzarətdə saxlanılır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Mingəçevir şəhərində mütəmadi olaraq zəruri tədbirlər görülür.
İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə əhalinin daha çox istifadə etdiyi yerlərdə hər gün tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizənin nəticəsində Mingəçevir şəhərində son günlərdə virusa yoluxma qeydə alınmamış və hazırda aktiv xəstə sayı azalmışdır.
İnsanların sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcəkdir.