Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərlə görüş

21 iyul 2014 | 15:00

 

 İyulun 21-də Gənclər Evində şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev gənclərlə görüşüb. Görüşü giriş sözü ilə açan şəhər Gənclər İdarəsinin rəisi Kamal Nəcəfli Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən, prezident İlham Əliyevin bu sahədə apardığı işlərdən danışdı. O, öz çıxışında şəhərdə aparılan geniş quruculuq və abadlıq işlərindən bəhs etməklə yanaşı 2015-ci ildə Azərbaycanda keçiriləcək 1-ci Avropa Olimpiya Oyunlarının avarçəkmə idman növünün Mingəçevir şəhərində baş tutacağını və bu tədbirə şəhərdə böyük hazırlıq işinin aparıldığını qeyd etdi. Həmçinin bildirdi ki, şəhər rəhbərinin gənclərlə artıq ənənəvi hal alan bu dəfəki görüşündə əsas məqsədi gənclərin problemlərinin öyrənilməsi və onların müxtəlif sahələr üzrə təkliflərinin dinlənilməsidir.
     Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev daim gənclərə diqqət və qayğı ilə yanaşıb və prezident  İlham Əliyev Ulu Öndərin bu sahədə apardığı işləri uğurla davam etdirir.
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək gənclərə respublika səviyyəsində olan diqqət və qayğıdan danışdı. Bildirdi ki, son dövrlərdə Dram teatrın, Şahmat klubunun, Dostluq və Sahil parklarının əsaslı təmiri, Gənclər evinin istifadəyə verilməsi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün nəzərdə tutulub. Hazırda gənclərlə bağlı böyük layihələrin hazırlandığını deyən Ə.Əliyev əlavə etdi ki, avarçəkmə üzrə Avropa Olimpiya oyunlarının Mingəçevir şəhərində keçirilməsi şəhərə xüsusi diqqətin ayrılmasına səbəb olub. O, problemlərlə yanaşı gənclərin təkliflərini də eşitmək istədiklərini bildirdi.
    Bozdağın yaşıllaşdırılması, gənclərin işsizliyinin aradan qaldırılması, geniş küçələrdə kamera qoyulması, gənclər üçün diskotekaların yaradılması, tələbələr üçün yataqxanaların tikintisi normal və digər məsələlər gənclərdən gələn təkliflərdən idi.
     Tədbirin sonunda N.M.Bayramov fəal iştiraklarına görə gənclərə öz təşəkkürünü bildirdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər