Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Yerli istehsal canlanır, yeni iş yerləri yaradılır və İqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir.”

22 yanvar 2021 | 16:00

Azərbaycan müstəqillik əldə etdikdən sonra həyatın hər sahəsində, təhsildə, mədəniyyətdə, sənayedə, iqtisadiyyatda, tikintidə müəyyən bir müddətdə durğunluq hökm sürmüşdü. Həmin dövrlərdə  dövlətimizin demək olar ki, hər şeyə sıfırdan başlamalı idi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf yoluna qədəm qoyur, xalqın həyat tərzi yaxşılaşırdı. Bu yolu uğurla davam etdirən prezident kimi fəaliyyətə başladığı ilk günlərdə əsas diqqəti regionların social iqtisadi inkişafı Dövlət Proqramlarının həyata keçirilməsinə yönəltmiş və bu proqram layihələri 17 ildən artıqdır ki, müvəffəqiyyətlə davam edirilir. Ötən illər ərzində regionlarda yol infrastruktur layihələri həyata keçirilmiş, kommunal xidmət sahələrində tam yenidənqurma işləri aparılmış, işıqlandırma sistemi əsaslı təmir edilmişdir.  
     Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə regionların inkişafına dair 2004-cü ildə  ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioretitet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü  il Azərbaycanda “sənaye ili” elan edilmişdi.
Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.
      Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.
       Bu günlərdə Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verərkən deyib ki, “Yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir”. Qeyd olunub ki, yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsulları Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır. Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək,məhsulların ixrac potensialı da olacaq.
      Yeni müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının həm ölkə, həm də Sumqayıt şəhərinin inkişafı üçün çox böyük əhəmiyyəti  olduğundan bəhs edən Prezident İlham Əliyev həm də deyib ki, Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir.
Son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Bunu dövlətimizin başçısı belə ifadə edir: “Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır”.
      Sovet vaxtı tikilmiş və istismar müddətini başa vurmuş çoxsaylı müəssisələrin yerində 10 il bundan əvvəl 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır.
Qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azalması sayəsində Azərbaycanın  valyuta ehtiyatları az da olsa, artıb. 2020-ci ildə Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub.
     Prezident İlham Əliyev  müsahibə zamanı deyib ki, “Sənaye, kənd təsərrüfatı və  qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artması, idxaldan asılılığın azaldılması yeni  iqtisadi reallıq yaradıb”.
      Prezidentin  müsahibə zamanı xəbərdarlıqları edərək vəzifəli şəxsləri, məsul adamları nöqsansız fəaliyyət göstərməsini tapşırıb. Qeyd olunub ki,
      Ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir.
Azərbaycanda təmizləmə prosesi gedir və gedəcək;
Heç kimin hansısa xüsusi imtiyazı və ya toxunulmazlığı yoxdur;
Bəzi yerlərdə torpaqlar və su resursları zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür;
Azad olunmuş torpaqlarda qurulacaq inkişaf modeli bütün Azərbaycana  transfer ediləcək, mövcud qüsurlar aradan qaldırılacaq və ölkəmizin uğurlu inkişafı təmin ediləcək.

     Ötən il Azərbaycan 30 ildən sonra işğal alıtında qalan torpaqlarını azad etməklə böyük qələbəni qazandı. Bu xalqımızln, dövlətimizin  illərdən bəri qarşılaşdığı böyük problemin həlli idi. Prezidentin postmüharibə dövrü üçün müəyyən etdiyi yeni hədəflər isə aşağıdakılardır:
Azad olunmuş torpaqların bərpası dövlət siyasətində xüsusi yer tutur.
     İşğaldan azad olunmuş torpaqlarda çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var.
Azad olunmuş bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək.
Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı Prezidendin ideyaları yaxın zamanlarda həyata keçiriləcək.
Azad olunmuş bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalı,şəhərsalma, dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin edilməlidir.
Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb.
Müharibənin başa çatması investisiyaların cəlb edilməsini daha asanlaşdırır.

     Prezident İlham Əliyev deyib ki, “Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır”.
Bu o deməkdir ki, Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün  gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi,  təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər  var.
“Müəyyən müddətdən sonra Ermənistanda da bizimlə heç bir problemlərin olmadıqları demələrinə ümid edirik”, deyən dövlətimizin başçısı vurğulayıb ki, “Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq”.
     Azərbaycanda  kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır və ümid etmək olar ki, bunun səmərəsi olacaq. Insanlar işlərinə vicdanla yanaşsalar, vəzifələrindın sui istifadə etməsələr dövlətimizə heç bir zərbə dəyməz. 
    Prezident İlham Əliyev deyib ki,  2021-ci il də artıq qələbələrlə başlayır. Yəni qalib ölkınin xalqı azad olunmuş torpaqlara qayıtmalıdır. Bunun üçün azad olunmuş torpqalarımızda yenidənqurma, əsaslı tikinti işləri həyata keçiriləcək. Dağıdılmlış ərazilərdə həyat bərpa olunacaq. Düşmən məkrinin qurbanı olmuş abidələrimiz, mədəniyyət nümunələrimiz bərpa ediləcək. Təhsil, mədəniyyət, səhiyyə müəssisələri tikilib istifadətə veriləcək. Bir müddətdən sonra məcburi köçkünlər öz doğma yurdlarına qayıdarak firavan həyatlarına davam edəcəklər. Biz buna inanırıq.

Emiliya Hüseynova
İqtisadiyyat üzrə fəlsəfə doktoru
 

Keçidlər