Şriftin ölçüsü :

Saytın rəngi :

Başçı şəhid ailəsinin problemini həll etdi.

21 yanvar 2021 | 16:00

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Malik Əsədovun bu gün  şəhadətinin 29-cu ildönümüdür.
     “Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlərimiz bizim qürur yerimizdir. Onların ucaldığı şəhidlik zirvəsi bizim yaşamağımıza, qisas hissimizə stimul verməlidir. Onlar şəhid olub, amma onların ailələri bizə və dövlətimizə əmanətdir.” Bu sözləri bu gün Milli Qəhrəmanın qızı  Gülnar Əsədovanın evində təmir işləri ilə maraqlanan Mingəçevirin icra başçısı İlham İsmayılov deyib.
     Qəhrəmanın qızı Gülnar Əsədova mənzilinin şəraitsiz olması ilə bağlı İcra Hakimiyyətinə müraciət etmişdir. Onun müraciəti əsasında mənzilə baxış keçirilib və bundan sonra başçının tapşırığına  əsasən mənzildə təmir işləri aparılıb və mənzilin bütün otaqlarına  istilik sistemi çəkilib.Təmirdən sonra başçı Gülnar Əsədovanın evində olub. Aparılan işlərlə yaxından maraqlanıb.
Qeyd edək ki, bundan başqa şəhərdə 3 qazinin də evinə istilik sistemi çəkilir.
Göztərilən diqqət və qayğıya görə şəhid ailələri və qazilər minnətdarlıq bildiriblər.

 

Keçidlər