Mingəçevirdə vaksinasiyaya start verildi.
Mingəçevir şəhər Mərkəzi xəstəxanasında əhalinin peyvənd olunması işlərinə başlanılıb.
Başlanan bu mühüm tədbirlə bağlı Mingəçevir şəhər Mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə xüsusi vaksin otaqları və o, cümlədən burada peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
Mərkəzi xəstəxananın Keyfiyətə Nəzarət rəhbəri Səadət Səmədova peyvəndləmə ilə bağlı açıqlama verərək bildirdi ki, Mingəçevir şəhərində dünəndən etibarən vaksinasiyaya start verilib:”Mingəçevir şəhərində 3 vaksinasiya məntəqəsi var və hər birində isə 8 vaksinasiya otağı var.Hazırda dünəndən etibarən bütün məntəqələrdə tibb işçiləri vaksinasiyaya cəlb olunmuşdur.Gün ərzində 180-200 nəfər vaksinasiya olunur.İlkin olaraq vaksinasiyaya gələnlər həkim müayinəsindən keçir, reqistrasiya olunuqdan sonra isə vaksinasiya otaqlarına göndərilir.Vaksin olunmuş vətəndaşlar 30 dəqiqə ərzində gözlənilir və hər hansı ir problem olmazsa evə göndərilir.Bundan başqa onu da qeyd edim ki,Mingəçevirdə olan bütün müəssisələr öz işçilərinin siyahısını xəstəxananın elektron poçtuna göndərir və növbəti mərhələdə onlar vaksinasiyaya cəlb olunacaqlar”.
Qeyd edək ki, növbəti mərhələdə risk qrupuna aid olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaqlar.