Mingəçevir şəhidlərinin əziz xatirəsi yad edildi
20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə Respublikamızın hər yerində olduğu kimi Mingəçevir şəhərində də ümumşəhər tədbiri keçirilmişdir. Səhər tezdən əllərində gül dəstələri olan minlərlə mingəçevirli karantin rejiminin tələblərinə riaət etməklə əsaslı təmirdən çıxarılmış Şəhidlər Xiyabanına gəlmişdilər. İlk olaraq 20 Yanvar abidə komoleksini ziyarət edən sakinlər xiyabandakı şəhidlərin məzarlarına gül dəstələri qoydular. Xiyabana gələnlər arasında Vətən müharibəsi iştirakçıları və qazilər öz əsgəri borclarını yerinə yetirərək şəhid olan əsgər yoldaşlarının məzarlarına gül dəstələri qoydular. Diqqəti cəlb edən onların 20 Yanvar Adidə Kompleksi önündə Azərbaycanın Dövlət Himnini kollektiv şəkildə ifa etmələri oldu.
Abidə kompleksini şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və Mingəçevirdən Milli Məclisə deputat seçilmiş Milli Məclisin Birinci Vitse Spikeri Əli Hüseyinli və Millət vəkili Aydın Mirzəzadə ziyarət edərək kompleks önünə əklil qoydular. Burada onlar abidə önündə sıraya düzülmüş Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşüb ürək sözlərini ifadə etdilər. Sonra Şəhidlər Xiyabanındakı şəhidlərin məzarlarını ziyarət edib, şəhid ailələri ilə görüşdülər, onlara başsağlığı verdilər. Onların arzu və istəklərini dinləyib, bir sıra suallarına aydınlıq gətirdilər.