Şəhər İcra Hakimiyyətinin başçısı Şəhidlər xiyabanda məzar daşlarının düzəldlməsi işlərinə baxdı.
15 yanvar 2021 | 16:00
Mingəçevir şəhərində Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılovun tapşırığına uyğun olaraq Şəhidlər Xiyabanda yenidənqurma işləri aparılır. Şəhidlər Xiyabanın giriş qapısı yenidən qurulur, vətən uğrunda canlarını fəda etmiş Şəhidlərin qəbirüstü abidələri inşa olunur. Qəbirlərarası ərazilərə və piyadaların keçidlərinə tametlər döşənir, xiyabandakı bulaq əsaslı təmir edilir.
Şəhər İcra Hakimiyyətinin başçısı xiyabanda olmuş və görülən işlərlə yaxından tanış olmuşdur. İcra başçısı 27 sentyabr Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Şəhid olmuş igid oğullarımızın məzarlarının üstünün götürülməsi işinə də xüsusi diqqət yetirmişdir.