Mingəçevirdə “Live Your Goals” adlı festival keçirilib
19 iyul 2014 | 15:00
İyulun 19-da Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda qadın futbolunun təbliğinə həsr olunmuş festival keçirilib. FİFA-nın “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) layihəsi çərçivəsində gerçəkləşən tədbirdə uşaq və yeniyetmə qızlar futbol topu ilə davranmaqda heç də oğlanlardan geri qalmadıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, bu tipli festival Azərbaycanda ilk dəfə 2 il əvvəl Quba, Şəki, Masallı və Bakıda baş tutub. FİFA-nın “Live Your Goals” layihəsinə isə 2011-ci ildə Almaniyada Qadınlararası dünya Çempionatında start verilib.