Mingəçevir şəhərində Koronovirusla mübarizə gündəlik olaraq gücləndirilmiş şəkildə davam etdirilir.
Ökəmizdə Koronovirusun (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Mingəçevir şəhərində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin müxtəlif ərazilərindəki əsas küçə, prospekt və yollarda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılmışdır. Görülən işlər şəhər sakinlərinin sağlamlığının və həyatının təhlükəsizliyinə xidmət edir.
Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.
Dezinfeksiya işləri Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının yanında yaradılmış Operativ Qərargah tərəfindən tərtib edilən qrafikə uyğun olaraq aparılır.
Şəhərin mərkəzi küçə və prospektləri, istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, avtobus dayanacaqlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, bütün küçə və prospektlərində, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır.