Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dili və Mədəniyyəti milli və bəşəri dəyərləri özündə ehtiva edir.

07 yanvar 2021 | 16:00

Azərbaycan mədəniyyəti dünyada xüsusilə fərqlənir. Musiqi, muğam, rəsm, toxuculuq, heykəltəraşlıq və digər  sənət sahələrində ölkəmizin nailiyyətləri  saysızdır.  Milli mentalitetimizin, dəyərlərimizini  qorunub saxlanması, təbliğatı sahəsində həyata keçirilən işlər, həmçinin gənc nəslin təlim tərbiyəsində bu dəyərlərdən faydalanmaq dövlətimizdə proqram sahələrdən birinə çevrilib.
Bu günlərdə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev yeni mədəniyyət nazirinin təyin edilməsi ilə bağlı videoformatda qəbul keçirib. Ölkə başçısı Azərbaycan mədəniyyətinin keçmişindən, bu günündən və gələcək inkişafı üçün görüləcək işlərdən danışıb və tövsiyyələrini verib. Videoformatda qəbulda  Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxunub və  proqram xarakterli çıxış edib. 
Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi   həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.
Azərbaycan dilinin qorunması hər bir vətəndaşın vəzifəsidir. Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Prezidentimiz qeyd edib ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili liderin təşəbbüsü ilə hər il Azərbaycanda  avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur. Dilimizə hörmət, sevgi  insana uşaqlıqdan aşılanmalıdır. Təhsil və tərbiyə müəssisələrində uşaqlara dilimizin saflığını qorumaq da tövsiyyə olunmalıdır. Yəni danışıqlar zamanı hər hansı başqa millətin dili ilə xüsusi ifadələrin işlədilməsi yolverilməzdir. 

 

Böyük xalqın zəngin dili olmalıdır
Bu gün dünyanın ayrı-ayrı  ölkələrində yaşayan 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Görüş zamanı dövlət başçısının tövsiyyələri sırasında bu fikirlər də önəmlidir: -Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.
Milli-mədəni irs nümunələrinin tanıdılması fəaliyyətin əsas prioritetlərindən biri kimi qalmalıdır, deryən dövlətimizin başçısı əlavə edib ki,  Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir. Muğam sənəti bir neçə ölkədə mövcud olmasına baxmayaraq, Azərbaycan muğam sənətinin mərkəzidir. Ölkəmizin sözügedən statusu qorunmalıdır;
Mədəniyyət sahəsində strateji fəaliyyət istiqamətlərinə toxunan dövlət başçısı  mədəni irsin qorunmasını,  Azərbaycan mədəniyyətinin dünyada təbliğinin,   gənc nəslin milli ruhda tərbiyə olunmasının vacibliyini diqqətdə saxlanmasını tövsiyyə edib. İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin gözlənməsi. Tarixi abidələrin qorunması Azərbaycanın gələcəyinə olan töhfədir. Yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparılıb  yenidən siyahıya alınması və azad edilmiş torpaqlarda görüləcək işlər  mədəniyyət sahəsində mövcud olan problemlərin həllinə imkan verəcəkdir.
“Dini abidələrə xüsusi diqqət ayrılmalıdır”, deyən prezidentimiz  əlavə edib ki,  Azərbaycanda dini abidələr xüsusi olaraq qorunur və qorunacaq. Bəli, ötən illər ərzində Prezidentin göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Bir çoxları, o cümlədən Heydər məscidi yenidən tikilib. Digər məscidlər tarixi simaları qorunmaqla əsaslı təmir edilib. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi  yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Bu o deməkdir ki, Azərbaycan tolerant dövlətdir və başqa dinlərə, xalqların nümayəndələrinə hörmət göstədilir.
Bizim xalqımızım ən böyük mükafatı odur ki, Azərbaycan dini abidələr ilə zəngin olan diyardır. Azərbaycanda xristian dininə mənsub olan abidələr var: alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur;

Mədəni və dini abidələrin qorunması daim diqqət mərkəzində olmalıdır
Prezident İlham Əliyevin təşəbbüsü ilə çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər tarixi abidələr var. Yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişi aparmalıdır, siyahıya alınmalıdır, yeni siyahılar tərtib edilməlidir. Çünki vaxtilə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaşma var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa çıxarılsın. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi. Yəni, bu siyahılarla bağlı aparılan manipulyasiyalar, əlbəttə ki, mədəni irsimizə çox böyük zərbə vurdu. 
Memarlıq əsərləri Azərbaycan mədəniyyətin və incəsənətinin vizit kartlarındandır. Azərbaycanın memarlıq əsərləri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıbdır. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, nə qədər zəngin memarlıq abidələrimiz var. Eyni zamanda, son illər ərzində müasir memarlıq əsərləri yaradılıb. Heydər Əliyev Mərkəzi dünyada seçilən memarlıq nümunələrindən biridir və bir çox reytinqlərdə, bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilir. Alov qüllələri də memarlıq nümunəsidir, həm Bakı şəhərinin rəmzi olan alovu əks etdirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını əks etdirir, memarlıq baxımından çox uğurlu bir layihədir. Eyni zamanda, bölgələrdə müasir memarlıq abidələrinin sayı getdikcə artır;
2020-ci ildə 44 gün ərzində Azərbaycan işqal altında olan torpaqlarını azad etməklə dünya dövlətlərinə sübut etdi ki, gec-tez, ədalət bərpa oluna bilər. Bu ərazilərdə düşmənin böyük dağıntılar yaratması, daha doğrusu torpaqları viranəyə çevirməsi, dini və mədəni abidələri, məscidləri, təhsil tərbiyə ocaqlarını, həmçinin evləri dağıtmaları insanlığa sığmayan hallardır.  Bu məsələyə toxunan prezidentimiz qeyd edib ki, İnşa olunacaq yeni infrastruktur Qarabağın bütün regionun mədəni mərkəzinə çevrilməsinə səbəb olacaqdır. Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə yeni yol açılır. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır. Yəni, Qarabağ  bölgəsində, azad olunan digər ərazilərdə həyat yenidən bərpa ediləcək, məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar.

Ölkənin beynəlxalq imicinə xidmət edən mədəni layihələrin reallaşması da nəzərdə tutulub.
Ölkə prezidentinin sərəncaməı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli”  elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur.   2021-ci ildə Nizaminin 880 illik yubileyini qeyd ediləcək, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər;
Şuşa şəhərinin şanlı ordumuz, qəhrəman əsgərlərimizin şücaəti ilə azad edilməsi tarixi qələbəmizin ən şanlı səhifəsi hesab olunmalıdır. Təəssüf ki, düşmən burda da bir çox dağıntılar törədib. Bu dilbər guşəsi əvvəlkindəın də gözəl olmalıdır. Bu barədə dövlətimizin başçısı bildirib ki,  Şuşa tarixdə olduğu kimi, bu gündə bütün regionun mədəni paytaxtına çevrilməlidir. İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin əsl siması bərpa olunmalıdır. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızısürətləndirəcəkdir.
Şuşanın mədəni həyatı qısa müddət ərzində bərpa olunacaqdır.  Bu il Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalının keçirilməsi nəzərdə tutulub. 30 ildən sonra mədəniyyət  beşiyindəı bu cür tədbirlərin keçirilməsi tariximizin yaddaqalan səhifələrindən olacaqdır. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevrilməlidir. İşğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılmalıdır. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur.

Zəngin Azərbaycan mədəniyyəti xalqın vizit kartıdır
Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhvəsini vermiş nadir ölkələrdəndir, fikirlərini ifadə edən prezidentimiz ədəbiyyatımızın, mədəniyyətimizin qorunmasının, gələcək nəslə ötürülməsinin  bir proqram olduğundan da danışıb. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Orta məktəblərin aşağı siniflərində məktəblilər bu böyük mütəfəkkirin şeirlərini öyrənir, sonradan isə böyük əsərlərini mənimsəyir, həyat dərsi keçirlər. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Nizami dühası hər zaman dünya Şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı  Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Aşıq sənəti unikal sənət növüdür və milli folklorumuz haqqında xəbər verən əsas mənbədir. Aşıq sənəti təkrarolunmaz sənətdir və dünyada möcüzə hesab olunur. Haqlı olaraq aşıq sənəti sırf Azərbaycan sənəti kimi qəbul edilir. Biz, Azərbaycan vətəndaşları uşaqlıqdan aşıqlarımızın oxuduqları gözəl musiqiləri dinləyə-dinləyə, zümzümə edə-edə böyümüşük. Bu günkü nəsil də aşıq sahəsinin qeyri adiliyindən zövq alır. Gənclərin milli incəsənətə, milli musiqiyə, muğam sənətinə böyük maraqla yanaşması təqdirəlayiq haldır və bu gurlu təcrübə inkişaf olunmalıdır.
Tətbiqi sənət nümunələrinin inkişafı mədəniyyət siyasətinin qarşısında duran önəmli vəzifələrindəndir, deyən dövlətimizin başçısı  xalçaçılıq sənətinin xalqımızın fəxr mənbələrindən biri olduğunu da vurğulayıb.  Bəli, Azərbaycan tarixi memarlığı dünya səviyyəsində məşhurdur, unikaldır.  Sevindiricidir ki, Azərbaycanda  bu gün də nadir memarlıq əsərləri yaradılır. Bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilən Heydər Əliyev Mərkəzi,  Bakı şəhərinin rəmzi olan alovu əks etdirən Alov qüllələri  belə nümunələrdəndir.

Zaman, hadisələrin gedişi göstərdi ki, Multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin
ayrılmaz keyfiyyətidir

Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir. Azərbaycan xalqı özünə hörmət edir, dilini, dinini, mədəniyyətini sevir. Biz həm də başqa xalqlara hörmətlə yanaşırıq.
Azərbaycanda yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər.İşğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. Dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız siyahıya alınmalı, onların əvvəlki görüntüsübərpa olunmalıdır.
Beynəlxalq qurumlar da dövlətlərin mədəniyyətinə, dininə, dilinə hörmətlə yanaşmalıdır. Bu qaçılmazdır. Multikultural dəyərlərin qorunması Azərbaycanın UNESCO ilə əməkdaşlığının əsas istiqamətlərindən biri olmalıdır.  Azərbaycanda multikultural cəmiyyəti bir çox ölkələr üçün örnək olmalıdır. Bakıda səfərdə olan Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarında bu fakt xüsusi vurğulanır.
Ermənistan Azərbaycana qarşı mədəni soyqırımı törədib. Torpqalarımızı işğal etdikdən sonra bu separatçılar ərazilərdə ilk olaraq dağıntılar törədiblər. Bizim milli, dini abidələrimizi dağıdıb orada özlərinin tarixi abidələrini yaratmaq niyyəti ilə ağlasığmayan işlərə girişiblər.
Tarixi keçmişi olmayan xalq  saxta tarix yaratmağa cəhd göstərib. Onları müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan Qərb dairələri buna laqeyd qalmamalıdır. Ermənilər bütün qonşulara meydan oxuyur, əsassız  torpaq iddiası irəli sürürlər. Ermənilər qonşu xalqların, xüsusən azərbaycanlıların musiqi, mətbəx ənənələrini oğurlayırlar. Azərbaycan torpaqlarını işğal etdikləri vaxt ermənilər altmışdan çox məscidi dağıdıblar, buna heç kim reaksiya vermir.  Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Onların bu insanlığa sığmayan hərəkətlərini zaman bağışlamayacaqdır.

Beynəlxalq münasibətlər müstəvisində mədəniyyət
diplomatiyanın davamıdır

Mədəniyyət sahəsində beynəlxalq riyakarlıq bağışlanmazdır, deyən Prezident təəssüflə  əlavə  edib ki,  heç bir beynəlxalq təşkilat ermənilər tərəfindən dağıdılan müsəlman abidələri ilə maraqlanmır.  Məscidlərimizi mənfur düşmən dağıdıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq, erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər.
30 ilə yaxın müddətdə torpaqlarımızın geri qaytarılması məqsədi ilə keçirilən danışıqlarda həmsədr dövlətlər bizim dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına biganə yanaşırdı. Lakin xalqımız bu biganəliyin cavabını verdi, birləşdi, qəhrəman övladlarımız qələbə qazandı, Azərbaycan şanlı tarixini yaratdı. Və bundan sonra da mədəniyyətimizin, milli dəyərlərimizin  bərpa edilməsi, qorunması, təbliğ edilməsi sahəsində işlər genişlənəcəkdir. Təbii ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük qələbələrə  imza atacaqdır.

Etibarə Babayeva

Əməkdar Mədəniyyət işçisi
 

Keçidlər