Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq quruculuq işləri davam edir.

30 dekabr 2020 | 16:00

Dekabrın 30-da Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı  İlham İsmayılov energetiklər qəsəbəsində görülən əsaslı tikinti işləri ilə tanış olub. Abdulla Şaiq küçəsindəki 5 saylı binanın qarşısında görülən yenidənqurma işlərinə baxışı zamanı şəhər rəhbəri bəzi iradlarını bildirib. Sakinlərin rahatlığı məqsədi ilə həyata keçiriıən işlərin keyfiyyətinə diqqət göstərməyin vacibliyini vurğulayıb.   Sonra  İlham İsmayılov Yadigar Mənsurov küçəsində yaradılan istirahət məkanında görülən işlərlə tanış oldu və tapşırıqlarını verdi. Tərəvəzçilik massivinə gedən İcra başçısı    burada salınan istirahət məskənində  işin gedişinə baxdı , tövsiyyə və tapşırıqlarını verdi.  Daha sonra keçmiş doğum evindən sovxoza gedən yolda həyata keçirilən əsaslı tikinti işləri ilə tanışlıq edən icra başçısı  ölkə prezidenti İlham Əliyevin tapşırıqlarına və  sərəncamlarına əsasən  ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də  reallaşan quruculuq işlərinin   yeni təqvim ilində də uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Keçidlər