Mingəçevir şəhər İcra Hakimiyyətində 2014-cü ilin 6 ayının hesabat yığıncağı keçirilib
Mingəçevir şəhər İcra Hakimiyyətində 2014-cü ilin birinci yarımilində şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq qeyd edib ki, iclasın keçirilməsində əsas məqsəd cari ildə görülmüş işlərə baxış keçirmək və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.Şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə başçının birinci müavini İlham İsmayılov geniş məlumat verib. Daha sonra idarə, müəssisə və təşkilat rəhbərləri çıxış edərək görülən işlər barədə hesabat veriblər. Hesabatda şəhərdə aparılan quruculuq-abadlıq işlərinin sürətlə aparıldığı da diqqətə çatdırıldı. Artıq bir neçə gündən sonra şəhərdə asfaltlama işlərinə başlanılacağı barədə də məlumat verildi. Aparılan müzakirələrdə görülən işlərlə yanaşı nöqsanlar, problemlər, təxirə salınmadan həllini gözləyən vəzifələr də qeyd edildi.
İclasın sonunda Niyazi Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan şəhər icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Əhmədova Münəvvər xanımı təbrik edərək medalını təqdim etdi.