Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələri və Qarabağ əlilləri cəmiyyətinin sədrləri ilə görüşüb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əvvəlcə cəmiyyət sədrlərini salamlayaraq onların qarşıdan gələn yeni təqvim ili münasibəti ilə təbrik edib və eyni zamanda onların timsalında cəmiyyət üzvülərinə bayram təbriklərini çatdırılmasını bildirib. Qeyd edib ki,pandemiya ilə əlaqədar olaraq sizin üzvülərinizlə görüşə bilmirik.
Vətən müharibəsində sücaət göstərmiş şəhidlərdən danışaraq şəhidlərimizə Allahdan rəhmət diləyib. Qeyd edib ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Bu 200 ildə əldə olunan tarixi bir hadisə idi. Ona görə də biz bizə bu qələbəni yaşadan nə şəhidlərimizi,onların ailə üzvülərini eləcə də vətən uğrunda döyüşən igidlərimizi unuda bilmərik.Daima onların qayğısına qalmalı,problemləri ilə yaxından maraqlanmalıyıq.
Daha sonra İcra başçısı Mingəçevirdə aparılan quruculuq –abadlıq işlərindən də söz açıb.Bildirib ki,pandemiya şəriatində olmağımıza baxmayaraq şəhərdə işlərimiz davam etdirilir:”Mingəçevirin əsas iki böyük problemini işsizlik və istilik sistemi ilə bağlı işlərimizin həllinə nail olmağa çalışırıq.Buna görə də iqtisadiyyat nazirliyinə dəfələrlə müraciətimiz olub.Müraciətlərimizə baxılıb.İnanıram ki,yaxın vaxtlarda bu problemimiz həllini tapacaq”.
Daha sonra cəmiyyət sədrləri onları narahat edən problemlərdən də söz açıblar. Qarabağ müharibəsi veteranı Natiq Həsənov,Şəhid ailələri cəmiyyətinin sədri İranə Həsənova çıxış edərək ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildiriblər ki, ki, ölkə rəhbərliyi eləcədə şəhərimizin icra başçısı İlham İsmayılov Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışırlar:” Buna görə sizə öz minnətdarlığımızı bildiririk ki,mütamadi olaraq bizim qayğılarımıza qalırsız,problemlərimizlə yaxından maraqlanırsız”.
Qeyd edək ki, qarşıdan gələn yeni il təqvimi münasibəti ilə Qarabağ əlillərinə və şəhid ailələrinə Mingəçevir şəhər İcra Hakimiyyəti fondundan 200 manat məbləğində pul yardımı edilmişdir eləcədə icra hakimiyyətinin təşəbbüsü ilə Qızıl Aypara cəmiyyətinin Mingəçevir şöbəsi tərəfindən Qarabağ əlillərinə və 2-ci Qarabağ müharibəsi şəhid ailələrinə ərzaq yardımı olunmuşdur.