Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız milli tariximizin ən möhtəşəm səhifəsini yaşayır

17 dekabr 2020 | 16:00

Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Işğal altında qalan torpaqlarımız cəsur əsgərlərimizin rəşadəti ilə düşmən caynağından xilas oldu. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki. Azərbaycanın vətənpərvər oğulları torpaqlarımızı bu cür tezliklə, həm də qorxmadan, çəkinmədən separatçılardan təmizləyəcək. İllər boyu davam edən danışıqların fayda verməməsi Azərbaycan xalqını Hərbi yolla torpaqlarını azad etməyə  sövq etdi və möhtəşəm qələbə qazanıldı. 44 günlük müharibədə  düşmənə qarşı qəhrəmanlıqla döyüşən cəsur eloğullarımız ölümün gözünə dik baxdılar, yaralandılar, zərbələndilər, amma qorxmadılar.  Vətənimiz bu döyüşlərdə 2783 şəhid verdi.  Ölkə prezidentinin müvafiq sərəncamı ilə dekabrın 4-də saat 12.00-da şəhidlərin xatirəsi ölkəmizdə 1 dəqiqəlik sükutla yad edildi. Vətən müharibəsində rəşadət agöstərən hərbçilərimizin  təltif edilməsi də təqdirəlayiq hadisədir. Azərbaycan haqq işi yolundakı qələbəini dekabrın 10-da Zəfər paradı ilə qeyd etdi.  Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti də iştirak edib.  İki böyük dövlətin rəhbərlərinin möhtəşəm qələbənin qeyd olunması mərasimində bir araya gəlməsi düşmən dövlətləri qıcıqlandırsa da reallıq budur ki, ədalət bərpa olundu. Azərbaycanın igid öğullarının şücaəti ilə yurdumuzda işğalçılıq tarixlərinə son qoyuldu. 
    “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Fərəhlə qeyd etmık lazımdır ki, Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
     Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. Azərbaycan əraziləri 30 ilə yaxın idi ki,  işğal altında idi.  1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Minlərlə azərbaycanlı ata yurdundan məcburi köçkün düşmüş, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdılar. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. Xalqımız hər cür haqsızlıqlara səbirlə dözdü, lakin işğalla barışmadı. Torpaqlarımızın bir gün geri alınacağına olan inam hissi bir an belə insanları tərk etmıdi. Xüsusilə məcburi köçkünlır öz ata yurdlarına qayıtmaq istəyini hər zaman ifadə ediblər. Budur, artıq torpaqlarımız azad edilib, həsrət bitir. İşğaldan qurtulan torpaqlar öz övladlarını yaxın vaxtlarda qoynuna alacaq.
    Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işləraparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylərnəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.
      Son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Azərbaycan torpaqlarının azad edilmısi ilə bağlı qətnamələr də kağız üzərində qalmışd.Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində oldu. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
Yaxın tariximizə baxarkən görürük ki,  xalqımız çox acılar çəkib. Düşmın yurd yerlərimizi işğal edərkən yüzlərlə insanı qətlə yetirdi, əsir götürdü, olmazın vəhşiliklır törətdi. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib.
      Torpaqlarımız azad edlib. Azərbaycanın tarixində yeni səhifə başlanır. Ölkəmiz üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək. Hər bir Azərbaycanlı hərbiçi qəhrəmandır. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır.

    Məğlubiyyət ermənilər üçüm qaçılmaz idi. Çünki onlar özgə torpağını işğal etmişdilər. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Bu müharibədə həm də ermənipərəst dövlətlər yaxşı dərs aldılar. Gördülər kiki, ədalətin qarşısında bütün saxtakarlıqlar məğlubdur.
Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.  Düşmənin hərbi texnikanı qoyaraq bizim torpaqlarımızdan qaçması  düşmənə, onların havadarlarına sübut edir ki, onlar zəbt etdikləri torpaqlarda haqsız yerə döyüşürdülər, mənasız iddialarla üstün olmağa cəhd göstərirdilər. Lakin Azərbaycanın qəhrəman oğullarının şücaəti qarşısında aciz qaldılar və geri baxmadan qaçdılar. Bundan başqa mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.  Təbii ki, itkilər bizim üçün ağırdır. Körpələr, yaşlılar bu soyqırım zamanı şəhid oldu, uşaqlar ata-analarını itirdilər, analar –atalar övladlarını. Düşmənin bu cür şovinist hərəkətlərinə və  cəlladlıqlarına biganə yanaşılmamalı, Azərbaycanın dünya ölkələrinı, beynəılxalq qurumlara müraciəti cavabsız qalmamalıdır. Onlar etdiklərinin cəzasını çəkməlidirlər.
      Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi.
10dekabr Azırbaycan tarixinin Zəfər gününün təntənə ilə qeyd edilməsini təkcə ölkəmizdə deyil, dünyada da canlı olaraq izlədilər. Hamı gördü ki, iqtisadi cəhətdən durmadan inkişaf edən Azərbaycanın hərbi bazası da möhtəşəmdir, şəxsi heyəti də cəsurdur. Xalqımız   uzun illər idi bu Qələbənin  həsrətində idi və dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə  bu Qələbəmiz tariximizin şanlı səhifəsinə həkk olundu.
     Qələbən mübarək, Azərbaycan. Qarabaq Azərbaycandır!

      MDU-nun baş müəllimi

      İlham Məmmədov
 

Keçidlər