Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq-quruculuq işləri davam edir. M.Maqomayev prospekti daha da gözəlləşir.

16 dekabr 2020 | 16:00

2020-ci ilin sonu yaxınlaşdıqca şəhərdə aparılan abadlıq-quruculuq işləri də səngimir. Belə abadlıq işlərindən biri Müslüm Maqomayev prospektində sürətlə aparılır. Şəhər İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi ilə həyata keçirilən tədbirlər sakinlərin ürəyincədir. İlkin olaraq prospektdə nəqliyyat yolu bərpa edilərək asfaltlanmış, lazımi yerlərdə səki daşları təzələnmişdir. Piyadaların gediş-gəlişi üçün keçidlər qaydaya salınmış, səkilər üzərində yeni asfalt örtükləri salınmışdır.

Bununla yanaşı yaşayış binaları ilə piyada yollar arasındakı torpaq sahələri dairəyə alınaraq səki daşları ilə hasarlanmışdır. Yöndəmsiz quru ağac budaqları budanır, yeni ağaclar əkilməsi üçün hazırlıq işləri görülür. Səliqə ilə həyata keçirilən işlər prospektin sağ və sol hissələrində uğurla davam etdirilməkdədir.

Qeyd etmək istəyirik ki, bütün bunlarla yanaşı prospektdə yağış ötürücü xətlər də səliqə ilə qaydaya salınır. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivi bu işlərin yerinə yetirilməsini öz üzərinə götürmüşdür. Birliyin baş mühəndisi Yaşar Məmmədovun sözlərinə görə küçədə yağış ötürücü xətlər ona yaxın digər yağış sularının keçidi ilə birləşdirilmiş və buraya əlavə su boruları qoyulmuşdur. Bütün bu işlər prospekt boyunca həyata keçirilir. Bir sözlə, Müslüm Maqomayev prospekti ilin sonunadək tamamilə yeni görkəm almaqla qarşıya çıxan çətinliklərdən xilas olacaqdır. 

Keçidlər