Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Bələdiyyəsinin sədri “Qızıl bələdiyyə” nişanı ilə təltif edildi

11 iyul 2014 | 15:00

   Bələdiyyələrin Mükafatlandırılması Komissiyasının qərarı ilə bələdiyyə işində xidmətlərinə görə bir qrup şəxs “Qızıl bələdiyyə nişanı” ilə təltif olunub. Mükafata layiq görülənlərin içərisində Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Əli oğlu Abdullayev də var.
   Qeyd edək ki, Mingəçevir bələdiyyəsi 12 dekabr 1999-cu ildə yaradılıb. Bələdiyyənin mülkiyyətində iki park, 8 fəvvarə vardır. Bələdiyyənin büdcəsinə uyğun olaraq, park və fəvvarələrdə, məhəllələrdə tikinti-abadlıq işləri aparılır. Məhəllələrin problemlərinin müəyyənləşdirilməsi və həll edilməsi məhəllə komitələri vasitəsilə həyata keçirilir. Hazırda bələdiyyənin şəhərin müxtəlif ərazilərini əhatə edən 90 məhəllə komitəsi var.

 

Keçidlər