Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr Zəfər Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sislsilə tədbirlər keçirilib..İlk olaraq "Zəfər parkı" ziyarət olundu. Ağac əkildi.

08 noyabr 2025 | 15:58

8 Noyabr Zəfər Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sislsilə tədbirlər keçirilib. İlk tədbir şəhərin şərq giriş istiqamətində yaradılmış Zəfər Parkında “Şəhidlər Unudulmur” abidə kompleksinin qarşısına gül dəstələri düzülməklə başlanıb, qəhrəman şəhidlərimizə ehtiram ifadə edilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının, şəhid ailələrinin üzvlərinin, qazilərin, hərbçilərin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərlərinin, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov böyük Zəfərin beşinci ildünümü münasubəti ilə təbriklərini çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Al Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən, Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətlərindın danışıb. Torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsinin qəlblərdə yaşadığını bildirərək Allahdan onlara rəhmət diləyib, qazilərimizə can sağlığı arzulayıb. Sonra tədbir iştirakçıları parkda 200 ədəd şam ağaclarının tinglərini əkərək öz bayram töhfələrini veriblər. Zəfər tədbiri Mingəçevir Şəhidlər Xiyabanında davam edib. Öncə şəhidlərin ruhuna dualar oxunub. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ictimaiyyətinin nümayəndələri, tələbə-gənclər müqəddəs məkanda uyuyan şəhidlərimizin məzarlarıüzərinə, itkinlərin abidə-kompleksi qarşısına gül dəstələri düzərək ehtiramlarını bildiriblər. Tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələrinin üzvləri ilə, qazilərlə söhbətlər edib, problemləri ilə maraqlanıb, xatirə şəkilləri çəkdirib.

Keçidlər