8 Noyabr Zəfər Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Mingəçevir Dövlət Dram Teatrında kompozisiya nümayiş edilib.
08 noyabr 2025 | 16:18
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, hüquq-mühafizə orqanlarının, Bələdiyyənin, YAP şəhər təşkilatının rəhbərliyi, idarə və müəssisələrin, təhsil, mədəniyyət, səhiyyə ocaqlarının, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. Böyük Zəfərin beşinci ildönümü münasibəti ilə Cavid Təvəkkülün ssenarisi və quruluşçu rejissorluğu ilə yaradıcı heyətin təqidimatında “Qələbə” adlı taetral kompozisiya təqdim edilib. 44 günlük Vətən müharibəsində xalq-ordu birliyinin gücündən, qəhrəman əsgərlərin cəsarətindən bəhs edən səhnə əsərində İlqar Fəhminin və Ramiz Qusarçaylının şeirləri səsləndirilib, milli müsiqi və rəqslər nümayiş etdirilib. Hər bir təqdimat, xüsusən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin 8 noyabrında, Şuşanın azad olunduğu gün xalqa müraciətinin səsləndirilməsi alqışlanıb, tamaşa xoş ovqatla başa çatıb.