Şriftin ölçüsü :
Saytın rəngi :
Noyabrın 6-da "8 Noyabr- Zəfər Günü" münasibəti ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən keçirilən idman yarışları başa çatıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və ictimaiyyət nümayəndələri final oyunlarını izləyiblər. Mingəçevir İcra Hakimiyyətinin və Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin birgə təşkilatçılığı ilə 12-14 yaşlı uşaqlar arasında keçirilən mini-futbol turnirində 8 komanda mübarizə aparıb. Turnirin final mərhələsinə yüksələn 1 və 3 nömrəli Mənzil İstismar Sahələrinin komandaları arasında keçirilən oyunun qalibi 1 nömrəli MİS-in komandası olub.
MDU-nun tələbələri arasında keçirilən voleybol (8 komanda) yarışlarının qalibi iqtisadiyyat və idarəetmə fakültəsinin 4-cü kurs tələbələrindən ibarət komanda, futzal (32 komanda) üzrə yarışların qalibi isə pedaqoji fakültənin 4-cü kurs tələbələrindən ibarət komanda olub. Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən ŞİH-in başçısı İlham İsmayılov qalib komandaların idmançılarına kubok və hədiyyələr təqdim edərək xoş arzularını çatdırıb.