Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr Mingəçevirdə Zəfər günü

08 noyabr 2023 | 15:15

Noyabrın 8-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri və işçiləri, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdükdən sonra Mingəçevir Şəhidlər Xiyabanında oldular. Torpaqlarımızın qorunması və azad olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin ruhuna dualar oxundu, şəhid məzarları ziyarət olunaraq qəbirləri üzərinə gül dəstələri qoyuldu. Şəhidlərimizin valideynləri, ailə üzvləri, övladları ilə görüşülərək söhbətlər aparıldı, şəhidlərimizə Allahdan rəhmət diləndi. Onları maraqlandıran məsələlərə aydınlıq gətirildi. Qazilərlə, müharibə veteranları ilə söhbət zamanı onların göstərdikləri rəşadətlər təqdir olundu. Yurdumuzun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında xidmətləri olan bütün qazilərə tezliklə sağalmaları arzu olundu. Qeyd edək ki, 2020-ci ildə sentyabrın 27-də düşmənin növbəti təxribatına adekvat cavab verən Milli Ordumuzun rəşadətli hərbçiləri dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük qələbə əldə edərək Azərbaycana Zəfər Salnaməsini yaratdılar. Noyabrın 8-də axşam saatlarında Zəfər Günü münasibəti ilə Heydər Əliyev Meydanında böyük bayram konserti və atəşfəşanlıq olacaq. Bayramınız mübarək.

Keçidlər