Şriftin ölçüsü :

Saytın rəngi :

Anım günü qeyd edilmişdir.

12 dekabr 2020 | 16:00

       12 dekabr 2020-ci il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyəti  YAP şəhər  təşkilatı ilə birgə “ Ümummilli lider Heydər Əliyev – tarixi şəxsiyyət, əbədiyaşar lider ” mövzusunda video-konfrans formatında anım tədbiri təşkil edilmişdir.
        İlk öncə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Şəhər təşkilatının sədri Cavanşir Yusubov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq öz hörmət və ehtiramlarını bildirmişlər.


        Video- konfransı giriş sözü ilə açan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Ulu Öndərin xalqımız qarşısında çox böyük xidmətləri olduğunu qeyd etmişdir. Ölkəmizin ən çətin günlərində Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə gəldiyini və ölkəmizi məhv olmaqdan xilas etdiyini vurğulamışdır. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
        Sonra İ. İsmayılov Ulu Öndərin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanımız  parçalanmaqdan xilas olduğunu və müstəqilliyimizin qorunub saxlandığını qeyd etdi.  Ulu Öndər öz fəaliyyəti ilə bugünki inkişaf etmiş Azərbaycanımızın dünyaya tanıdılmasında əvəzolunmaz xidmətlər göstərmişdir. Məhz onun xidmətləri nəticəsində bugün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir.
        İ.İsmayılov Ulu Öndərin fəaliyyəti haqqında fikirlər söyləmək üçün çıxışçılara söz verdi.
         YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, MDU-nun rektoru Şahin Bayramov, “Azərbaycan İES”- MMC-nin direktoru Təhmasib Hüseynov və YAP şəhər təşkilatı Qadınlar Şurasının sədri Nurcamal Məmmədova mövzu ətrafında çıxışlar etmişlər.
           Video-konfransı yekunlaşdıran İ.İsmayılov Ulu Öndərin siyasi xəttini bugündə uğurla davam etdirən Ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda Ulu Öndərin ideyalarının müvəffəqiyyətlə həyata keçirildiyini qeyd etdi. Son dövrlərdə Azərbaycandakı  hərbi-siyasi uğurların ölkə başçısı tərəfindən həyata keçirildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini qeyd edən başçı  qazanılan uğurların xalq iqtidar birliyinin nəticəsi olduğunu vurğuladı. Bununlada video-konfrans öz işini yekunlaşdırdı.

 

 

Keçidlər