Vətən müharibəsi şəhidləri yad edildi
03 dekabr 2020-ci il tarixdə Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilməsi qərar alınmışdır.
Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə Şəhidlər Xiyabanında vətən uğrunda canlarını fəda etmiş şəhidlərin məzarı üzərinə gül dəstələri qoyaraq, hörmət və ehtiramlarını bildirmişlər.
Bu münasibətlə dekabrın 4-də şəhər İcra Hakimiyyətinin qarşısında aparatın işçiləri şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Şəhər Polis şöbəsinin əməkdaşları da şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Mingəçevir Cümə Məscidində dindarlar tərəfindən Şəhidlərin ruhuna Quran oxunmuş və dualar edilmişdir.
Allah Şəhidlərimizə Rəhmət Eləsin.