Sakinlərlə görüş
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Tərəvəzçilik” yaşayış massivinin sakinləri ilə görüşüb. Görüşdə sakinlər ərazinin problemləri barədə çıxış ediblər. Sakinlər çıxışlarında qeydiyyata düşməkdə və yaşadıqları torpaq sahəsini öz adlarına keçirməkdə çətinlik çəkdikləri, zibil atmaq üçün yerlərin olmaması, qaz, su və kanalizasiya xətlərinin çəkilişinin yubadılması kimi problemlərdən danışdılar. Qeyd etdilər ki, problemlərdən biri də qəsəbədə uşaq bağçasının olmamasıdır. Bu səbəbdən onlar uşaqlarını AzİES qəsəbəsində yerləşən uşaq bağçalarına aparmaq məcburiyyətində qalırlar. Sakinlər marşurut xəttinin qəsəbə boyunca üzadılmasını da xahiş etdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı keçirilən görüşdə səsləndirilən şikayət və təkliflərin icrası ilə bağlı əlaqədar idarə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verdi.